Dünya

Putin Xerson və Zaporojye vilayətlərinin müstəqilliyini tanıyıb

30 Sentyabr, 2022
425

Rəsmi səhifə

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Xerson və Zaporojye vilayətlərinin müstəqilliyinin və suverenliyinin tanınması haqqında fərman imzalayıb. 

Bu barədə "Radio Svoboda" xəbər yayıb. 

Ukraynanın bu rayonlarının əksəriyyəti rus qoşunları tərəfindən işğal olunub. Gözlənildiyi kimi, bu gün Putin onların ilhaqı - Rusiya tərkibinə daxil edilməsi ilə bağlı sənədləri imzalayacaq. Onların Rusiya qanunlarına əsasən müstəqil dövlət kimi tanınması bunun üçün zəruri addımdır, 2014-cü ildə Krımın ilhaqı da eyni şəkildə rəsmiləşdirilmişdi.

Ukrayna, Qərb ölkələri və dünyanın bir çox başqa ölkələri artıq anneksiyanı tanımadıqlarını, Xerson və Zaporojye vilayətlərini, həmçinin Donetsk və Luqanskı Ukraynanın suveren ərazisi hesab etməkdə davam edəcəklərini bəyan ediblər.

https://toplum.tv/dunya/rusiya-simal-axini-ndaki-insidentlerin-arxasinda-abs-in-dayandigini-iddia-edir

Xerson və Zaporojye vilayətlərinin böyük hissəsi Rusiyanın Ukraynaya qarşı təcavüzə başlamasından az sonra, 2022-ci ilin fevral-mart aylarında rus qoşunlarının nəzarətinə keçib. Putinin müstəqil vilayətlər kimi tanıdığı rayonların bir hissəsi hələ də Ukraynanın nəzarətindədir, Kiyev xüsusən Zaporojye vilayətinin regional mərkəzi olan Zaporojye şəhərinə nəzarət edir. 

KİV-in məlumatına görə, Putin bu gün Kremldə deputatlar və Federasiya Şurasının üzvləri qarşısında çıxış edəcək. Bundan sonra Ukraynanın dörd vilayətinin - Xerson, Zaporojye, Luqansk və Donetskin ilhaqına dair sazişlərin imzalanması baş tutmalıdır. 

Formal olaraq ilhaq prosesinin gələn həftə başa çatacağı gözlənilir. Ukrayna bu ərazilərin azad edilməsi üçün mübarizə aparacağını və Moskvanın onları Rusiyanın tərkib hissəsi hesab etməsinin heç nəyi dəyişməyəcəyini bəyan edib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Məhkəmə qərar çıxardı: Tramp yaxın günlərdə həbs oluna bilər

Toplum TV
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Manhetten məhkəməsinin böyük jürisi Donald Trampın cinayət işi üzrə ittiham elan edilməsi barədə qərar çıxarıb. Sabiq prezident 2016-cı il seçkilərində porno ulduz Stormi Danielsə qanunsuz ödəniş etməklə bağlı ittihamlarla üzləşib Toplum Tv “The New York Times” nəşrinə istinadən xəbər verir ki, məlumat prokurorluq tərəfindən rəsmən təsdiqlənib. Trampın saxlanılması, fotosunun çəkilməsi və barmaq izinin götürülməsi, bundan sonra hakimin həbs-qətimkan tədbiri ilə bağlı qərar verəcəyi gözlənilir.  Prokurorlar siyasətçinin saxlanma vaxtını razılaşdırmaq üçün eks-prezidentin vəkilləri ilə əlaqə saxladıqlarını bildiriblər. Onun müdafiəçilərinin fikrincə, bu, gələn çərşənbə axşamı baş verə bilər. Trampın iqamətgahının yerləşdiyi Florida ştatının qubernatoru Ron Desantis bildirib ki, Nyu-York prokurorları tərəfindən ekstradisiya...
Dünya

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

Toplum TV
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib. Protokolun əleyhinə bir dənə də olsun səs verən olmayıb.  Toplum TV xəbər verir ki, Türkiyə ittifaqın 30 ölkəsi arasında Finlandiyanın təşkilata qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Bu həftənin əvvəlində Macarıstan parlamenti lehinə səs vermişdi.  Finlandiya özü əvvəllər Şimali Atlantika Alyansına qoşulmaq üçün bütün lazımi sənədləri rəsmiləşdirib. İndi o, iyulda Litvada keçiriləcək sammitdə NATO-ya qəbul edilə bilər. https://toplum.tv/dunya/pkiliccedildaroglu-prezident-seccedililse-rusiyaya-tuumlrkiyenin-nato-uumlzvuuml-oldugunu-quotxatirlatacaqquotp Buna baxmayaraq, İsveçin quruma qoşulmaq üçün Finlandiya ilə eyni vaxtda verdiyi ərizənin taleyi hələ də məlum deyil. Macarıstan və Türkiyə bir sıra şərtlər irəli sürərək İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu hələ...

Seçilmiş Videolar

Toplum TV loqo