Putinin yeni dəniz doktrinası: NATO və ABŞ əsas təhlükə kimi göstərilir
Açıq mənbələrdən götürülüb
Prezident Vladimir Putin Rusiya Federasiyası dəniz doktrinasının təsdiq edilməsi haqqında fərman imzalayıb.
"Radio Svoboda"-nın məlumatına görə, fərman bazar günü, iyulun 31-dən qüvvəyə minib.
Sankt-Peterburq və Kronştadtda hərbi dəniz paradını qəbul edən Putin sənəddə “Rusiyanın milli maraqlarının sərhədləri və zonaları”nın göstərildiyini bildirib. Buraya Arktika suları, Qara, Oxot və Berinq dənizlərinin suları, Baltik və Kuril boğazları daxildir.
https://toplum.tv/dunya/cin-lideri-baydene-xeberdarliq-etdi-odla-oynayan-ozunu-yandiracaq
Sənəddə milli təhlükəsizliyə əsas təhdidlər kimi NATO-nun fəallığının artması, ABŞ-ın Dünya Okeanında hökmranlıq etməyə can atması, bir sıra dövlətlərin Moskvaya qarşı ərazi iddiaları, habelə dəniz fəaliyyətinin effektivliyini azaltmaq üçün Rusiyaya qarşı yönələn informasiya və hərbi təzyiqlər göstərilib.
Dəniz doktrinası ilk dəfə 2001-ci ildə qəbul edilib. Sənəd sonuncu dəfə 2015-ci ilin yayında Krımın ilhaqı və NATO-nun genişlənməsi fonunda yenilənmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür