Dünya

Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib

8 Dekabr, 2023
658

Açıq mənbələrdən götürülüb

Qəzza

Atəşkəsin bu qədər uzun sürməsi diplomatik səylərin nəticəsi idi.
İndi, yeddi günlük pauzadan sonra İsrail də, HƏMAS da mürəkkəb hərbi və siyasi məsələləri həll etməlidirlər. 

HƏMAS üçün bu, həyatda qalmaq mücadiləsidir. Nə qədər ki, HƏMAS yaraqlısı tətiyi basa və ya İsrailə raket ata bilir, məğlubedilməz olduğunu iddia edəcək.

İsrailin vəzifəsi isə, özünün nəhəng hərbi qüdrətinə baxmayaraq, daha çətindir.

Oktyabrın 7-də baş tutan və çoxu mülki şəxslər olan 1200-ə yaxın adamın ölümü ilə nəticələnən hücumdan sonra ölkənin baş naziri Binyamin Netanyahu HƏMAS-dan sarsıdıcı intiqam almağa and içib.

İsrail ordusunun hərbi əməliyyatları bərpa etməsindən sonrakı ilk saatlarda hökumət “WhatsApp”dakı xəbərində bir daha hərbi hədəflərini açıqlayıb:
 
“Girovların azad olunması, HƏMAS-ın ləğvi və Qəzzanın bir daha heç vaxt İsrail sakinləri üçün təhlükə olmamasını təmin etmək”.

Buna necə nail olmaq və sonra nə baş verəcək – indi Netanyahunu, onun İsrail daxilində siyasi müttəfiqlərini və rəqiblərini, eləcə də müharibə başlayandan regiona dörd səfər edən ABŞ dövlət katibi Entoni Blinkeni narahat edən birinci dərəcəli suallar bunlardır. 

Ola bilər, Blinken “humanitar pauza” adlandırdığı atəşkəsi uzatmaq cəhdinin uğursuz olacağını bilirdi. O, hərbi əməliyyatların bərpası ərəfəsində Amerikanın İsrailin özünümüdafiə hüququnu dəstəklədiyini bildirib və bir daha HƏMAS-ı ittiham edib.

Dövlət katibi eyni zamanda “İsrail beynəlxalq humanitar hüquq və müharibə qanunları çərçivəsində hərəkət etməlidir, hətta nə birincisinə, nə ikincisinə hörmət etməyən terror qruplaşması ilə savaşsa belə” kimi israrlı tələbi təkrar edib. 

Daha sonra isə o, indiki məqamda ən kəskin bəyanatını səsləndirərək İsrailin müharibə aparmalı olduğunu deyib. Həmin bəyanatı tam iqtibas etmək lazımdır, çünki o, ABŞ-ın öz yaxın müttəfiqindən gözlədiklərinin siyahısıdır.

Blinkenin sözlərinə görə, “dinc əhalinin həyatını qorumaq üçün daha effektli addımlar atılmalıdır, məsələn, Qəzza sektorunun mərkəzində və cənubunda insanların təhlükəsizlikdə olacaqları rayonları aydın və dəqiq göstərmək lazımdır”.

“Bu, mülki əhalinin Qəzza sektoru daxilində böyük miqyaslı yerdəyişməsinin qarşısını almaq deməkdir. Bu, həyatı əhəmiyyətli infrastruktura – xəstəxanalara, elektrik stansiyalarına, su təchizatı obyektlərinə zərər vurulmasını qarşısını almaq deməkdir. Bu, həm də Qəzzanın cənub hissəsinə köçürülmüş insanlara fürsət düşən kimi şimala qayıtmaq imkanı vermək deməkdir. Daxili yerdəyişmə daimi olmamalıdır”.

Müharibənin əvvəlində buraya ABŞ prezidenti Co Bayden gəlmişdi. İsraili isti və qüdrətli ağuşuna alaraq eyni zamanda müttəfiqlərinə xəbərdarlıq etdi ki, onlar ədalət axtarışı zamanı ABŞ ilə 11 sentyabrdan sonra baş verdiyi kimi gözlərini qəzəb tutmasına imkan verməməlidirlər. 

Blinkenin səsləndirdiyi bəzi qeydlərə əsasən, görünür, Co Bayden hesab edir ki, mürəkəb münasibətlərə malik oldiği Netanyahu onu dinləməyib. 
İsrailin hərbi məqsədləri növbəti mərhələdə HƏMAS-a hücumun Qəzzanın cənubuna yönlənməsini tələb edir. Sektorun şimal hissəsinə müdaxilə edəndə dinc fələstinlilərə öz təhlükəsizlikləri naminə cənuba getmək tapşırılmışdı. 

Cənubda, İsrailin yerlə bir etdiyi şimal qədər ölümcül təhlükə olmasa da, ümumən indi Qəzzanın heç yeri təhlükəsiz deyil. Hərbi əməliyyatların bərpasından bir neçə saat sonra sektorun lap cənubunda, Misir ilə həmsərhəd Rəfaha endirilən aviazrbələr nəticəsində fələstinlilər həlak olub.

HƏMAS-ın Qəzzanın cənubundakı infrastruktu məhv edilmədən İsrail qruplaşmanın ləğv olunduğunu deyə bilməz. Tel-Əviv hesab edir ki, Yəhya Sinvar, digər liderlər və qeyri-müəyyən sayda yaraqlılar məhz cənubda, yaşayış məntəqələrinin altındakı tunellərdə gizlənirlər. 

Əgər İsrail cənubda da şimalda istifadə etdiyi taktikanı işlətsə, yenə minlərlə dinc sakin həlak olacaq. BMT baş katibi Antoniu Quterriş Qəzza sakinlərinin ağır vəziyyətini artıq “epik humanitar fəlakət” adlandırır.

Misir və digər ölkələr, sayı 2 milyona yaxınlaşan cənubdakı əhalinin hədsiz hərbi təzyiq üzündən sərhədi yararaq Sinay səhrasına qaçmağa başlayacağından ehtiyat edirlər. Fələstin qaçqınları ilə bağlı yeni böhran Yaxın Şərq üçün daha bir təhlükəli situasiya olacaq. 

Təsəvvür edək ki, İsrail dinc əhalini təhlükəsizdə olacaqları müəyyən rayonlara göndərməyi ABŞ-a vəd edib. İsrailin apardığı kimi – tanklardan, aviasiyadan, ağır artilleriyadan istifadə - intensiv müharibədə bu planın uğurlu olacağına ümid etməkdənsə uğursuzluğunu təxmin etmək daha asandır.

Əgər İsrail ordusu hərbi əməliyyatların daha yumşaq taktikasına keçsə və istifadə etdikləri çoxmərhələli müdafiədən imtina etsə, indiyə qədər olduğundan xeyli çox itkilər verməyə başlayacaq. 

Bayden üçün də İsrailin növbəti addımlarının necə olacağı əhəmiyyətsiz deyil – onun israilliləri dəstəkləməsi özünün Demokratlar partiyasının proqressiv qanadı tərəfindən tənqid edilir.

Prezidentin baş diplomatı Entoni Blinken ABŞ-ın İsrailin HƏMAS ilə necə mübarizə aparmalı olduğunu publik və birmənalı aşıqlayıb.

Əgər İsrail Baydenin ifadə olunan iradəsinə rəğmən, cənubda da şimalda olduğu qədər dinc fələstinli öldürsə, ABŞ  prezidenti bundan sonra da İsrailə təkcə döyüş meydanında deyil, həm də İsrailin maraqlarını qorumaq üçün dəfərlərlə veto hüququndan istifadə etdiyi BMT TŞ-da da geniş dəstək verib-verməmək haqqında düşünməli olacaq.  

HƏMAS-a qalib gəlinməyib. Əlində olan girovlar ona İsrailin hərbi kampaniyasını pozmaq və israillilərə güclü psixoloji təsir göstərmək üçün qüdrətli vasitə verir. 

Əgər İsrail generalları Amerikanın təlimatlarına uyğun olaraq daha az atəş gücündən istifadə etməyə başlasalar, Yəhya Sinvar və adamları açılan imkanlardan yararlanmağa çalışacaqlar. 

Müharibə yeni fazasındadır. Bütün region kimi. Bir çox fələstinlilər və israillilər, o cümlədən, Qəzza sektorunda gedən döyüşlərdən uzaq olanlar – təhlükəli və qeyri-müəyyən gələcəyin basqısı altındadırlar. 

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo