Dünya

Yohannesburq sammiti - Yeni Soyuq müharibə?

25 Avqust, 2023
481

TheTimes

Yohannesburqda keçirilən BRICS (Brazil, Russia, India, China, South Africa) sammiti dünya əhalisinin 3,5 milyardını təmsil edən ölkə liderlərini bir damın altında toplayıb.

Orada Cənubi Afrikanın və Braziliyanın prezidentləri, Hindistanın baş naziri və ÇXR-in sədri, eləcə də Rusiyanın xarici işlər naziri iştirak edirlər. Rusiya prezidenti Vladimir Putin Beynəlxalq cinayət məhkəməsinin verdiyi həbs orderinə görə CAR-a getməkdən imtina etdi. 

Gəlmədi, amma çıxış etdi

Videorabitə vasitəsilə çıxış edən Rusiya prezidenti Ukrayna müharibəsinin başlama səbəbini növbəti dəfə özünəməxsus şəkildə izah edib.

Onun fikrincə, bəzi ölkələrin müstəmləkəçilik siyasəti yürütməkdə davam etməsi və onların “dünya hegemonluğunu qorumaq” cəhdləri 2014-cü ildə Ukraynada “çevriliş”ə səbəb oldu və böhran bununla yarandı. Bundan sonra guya Qərb müharibəyə başlayıb və Rusiya da reaksiya verməyə məcbur qalıb.

“Rusiya insanların öz mədəniyyətlərini, ənənələrini, dillərini və gələcəklərini qorumaq naminə mübarizəsini dəstəkləməyi qərara aldı”, - Putin qondarma DXR və LXR-i nəzərdə tutaraq deyib.

Putin Rusiyanın Ukraynada etdiklərini “müharibə” adlandırmaqdan qəti imtina edir, əksinə, deyir ki, bu, “Qərbin Donbas əhalisinə qarşı başladığı müharibəyə son qoymaq” cəhdidir.

Qərbin ünvanına ittihamlarını yekunlaşdıran Putin deyib ki, BRICS sammiti “beynəlxalq hüquqda və BMT xartiyasında əksini tapmış dünya düzəninin” və xalqların müstəqil inkişafının tərəfdarıdır.

O, həmçinin bildirib ki, Rusiya limanlarını Fars körfəzinin və Hind okeanının yük terminalları ilə birləşdirən yeni, etibarlı və təhlükəsiz nəqliyyat yollarının yaradılması BRICS-in prioriteti olmalıdır.

Bundan əlavə, elm, innovasiya, səhiyyə, təhsil və ümumilikdə humanitar sahədə əlaqələrin möhkəmləndirilməsi zərurətindən danışıb.

Putin növbəti sammitin 2024-cü ilin oktyabrında Rusiyada, konkret Kazanda keçiriləcəyini iştirakçılara xatırladıb. 

Gəldi, amma çıxış etmədi

Rusiyalı həmkarından fərqli olaraq ÇXR sədri Si Tsinpin CAR-a şəxsən təşrif etdi və çərşənbə axşamı Braziliya, CAR və Hindistan liderləri ilə birlikdə biznes-forumda çıxış etməli idi, amma gözlənilmədən bu tədbiri buraxıb.

Onun öncədən hazırlanmış və üstüörtülü ABŞ-a həmlələrlə bol olan, “dünyanı yeni soyuq müharibə girdabına sürükləməkdən” vaz keçməyə çağıran çıxışını ÇXR-ın ticarət naziri oxuyub.

Si Tsinpin Rusiyalı həmkarı ilə sözləşmədən və birbaşa ABŞ-ın adını çəkmədən öz nitqində iddia edir ki, “öz hegemonluğunu qorumaq ideyasına mübtəla olmuş bir ölkə inkişaf etməkdə olan ölkələrə və formalaşmış bazara malik ölkələrə ziyan vurmaq üçün əlindən gələni edir”.

https://toplum.tv/dunya/pboumlyuumlk-muumlharibe-deyismeyib-ukrayna-huumlcumundan-bes-dersp

“Çin iqtisadiyyatı dayanıqlığa, nəhəng potensiala və böyük yaşam qüvvəsinə malikdir. Çinin uzunmüddətli inkişafını dəstəkləyən fundamental əsaslar dəyişməz qalacaq. Çin iqtisadiyyatının nəhəng gəmisi dalğaları yarmaqda və irəli üzməkdə davam edəcək”, - Si Çin iqtisadiyyatının yaşadığı problemlər haqqında sualları açıq-aşkar qabaqlayaraq söyləyib. 

ÇXR sədrinin çıxışı bu il onun xaricdə ilk publik çıxışıdır. 2023-cü ildə o, xaricdə cəmi iki gün keçirib: Rusiya səfəri zamanı. 

Hind pozitivi

Hələ ki, sammitdə ən pozitiv çıxış Hindistanın baş naziri Narendra Modinin nitqi olub. O, BRICS üzvlərini son nailiyyətlər, ilk növbədə Yeni inkişaf bankının yaradılması münasibətilə təbrik edib.

Əslində bank çoxdan yaranıb, amma qurum ötən il Hindistanda inkişaf layihələrini dəstəkləmək üçün bu ölkədə və qonşu Banqladeşdə nümayəndəliyik açacağını xəbər verdi.

“Biz maliyyə təhlükəsizliyi şəbəkəsi qurmuşuq”, - Modi bununla bağlı deyib.

Hindistanın Ay proqramının müvəffəqiyyətindən ilhamlanan Modi BRICS ölkələrinə kosmik texnologiyalar sahəsində əməkdaşlıq haqqında, məsələn, BRICS-in peyk şəbəkəsi və “Kosmik tədqiqatlar konsorsiumu” yaratmaq haqqında düşünməyə çağırıb.

https://toplum.tv/dunya/prusiyadan-geden-jurnalistlerde-kuumltlevi-zeherlenme-moskva-narahatdirp

Bundan əlavə, hind baş nazir BRICS ölkələrində təhsilin səviyyəsini qaldırmağa imkan yaradacaq texnologiyalara investisiyalar haqqında razılığa, ənənəvi səhiyyə vasitələrinin mərkəzi bankını yaratmağa və hətta “böyük pişik”lərin müdafiəsinə daha çox diqqət ayırmağa çağırıb. CAR prezidenti Ramafosa sonuncu təklifə “Əgər sizə daha çox gepard lazımdırsa, siz gepardlar evinə gəlmisiniz” zarafatı ilə cavab verərək zalda gülüşə səbəb olub.

Nəhayət, Modi bildirib ki, Hindistan yeni üzvlər qəbul etməklə BRICS-in genişlənməsini tam dəstəkləyir. 

 

Mənbə: https://www.bbc.com/russian/articles/cnkgzx2jj7xo 

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo