Dünya

Zelenski cəbhədəki uğursuzluqlara görə Zalujnını vəzifəsindən azad etdi 

9 Fevral, 2024
149

Sosial Media

Zelenski - Zalujnı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Zalujnını vəzifəsindən azad edib.

Toplum TV xəbər verir ki, fevralın 8-də Zelenski "X" sosial şəbəkəsində Zalujnı ilə görüşdüyünü bildirib. 

"General Valeri Zalujnı ilə görüşdüm. İki il Ukraynanı müdafiə etdiyinə görə ona təşəkkür etdim. Biz Ukrayna Silahlı Qüvvələrinin hansı yeniliklərə ehtiyacının olduğunu müzakirə etdik. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyindən danışdıq. Məhz indi belə bir yenilənməyə ehtiyac vardı. Mən Valeri Fedoroviçin komandada qalmasını təklif etdim. Biz mütləq qalib gələcəyik!" – deyə Zelenski paylaşımında bildirib. 

https://toplum.tv/dunya/pmedvedev-qerbi-quotqiyamet-guumlnuumlquot-ile-hedeleyibp

Görüşdən sonra Ukrayna mətbuatı Zalujnının istefaya getdiyini yazıb.

Zelenski ilə görüşü şərh edən Zalujnı da bildirib ki, “yanaşmaların və strategiyaların dəyişdirilməsi zərurəti ilə bağlı qərar qəbul edilib”.

Bundan sonra Zelenski ölkənin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edildiyi barədə açıqlama verib. 

Zelenskinin sözlərindən belə çıxıb ki, o, Sirskini “ən təcrübəli Ukrayna komandiri” hesab edir:

"Onun uğurlu müdafiə təcrübəsi var - Kiyev müdafiə əməliyyatını o, keçirib. Sirski həm də Xarkov əməliyyatı kimi uğurlu hücum təcrübəsinə malikdir".

Zalujnının vəzifəsindən azad edilməsinin səbəblərini izah edən Prezident bildirib ki, Ukrayna ötən il Rusiya ilə müharibədə “quruda” uğur qazana bilməyib. 

Zelenski həmçinin cəbhənin cənub istiqamətlərində “durğunluq olduğunu” və Donetsk vilayətindəki döyüşlərdə çətinliklə üzləşdiklərini qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo