Dünya

Zelenski: İsrail-HƏMAS münaqişəsinə görə Ukraynaya silah tədarükü azalıb

Toplum TV
17 Noyabr, 2023
121

PBS

Volodimir Zelenski

İsrail-HƏMAS münaqişəsi səbəbindən Ukraynaya artilleriya mərmilərinin tədarükü azalıb.

Toplum TV AFP-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. 

Onun sözlərinə görə, İsrail-HƏMAS münaqişəsi başlayandan bəri 155 millimetrlik artilleriya mərmilərinin tədarükü azalıb. 

https://toplum.tv/dunya/pzelenski-ukraynada-prezident-seccedilkilerini-texire-saldip

"İndi anbarlar boşdur və ya elə qanuni minimum var ki, hansısa dövlət bizə verə bilməz. Əlimizdəkilərsə kifayət deyil”, - Zelenski jurnalistlərə bildirib.

Kiyevdə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə görüşü zamanı Zelenski həmçinin vurğulayıb ki, HƏMAS-ın İsrailə hücumundan sonra dünyanın diqqəti Ukraynadakı müharibədən yayınıb. O bu cür yanaşmanın Ukraynaya mənfi təsir etdiyini qeyd edib. 

Amerikanın "Axios" nəşri mənbələrə istinadən xəbər verib ki, ABŞ Müdafiə Nazirliyi oktyabr ayında Ukrayna üçün nəzərdə tutulan on minlərlə 155 mm-lik mərmini İsrailə təhvil vermək qərarına gəlib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

London Ərdoğanla görüşən Şotlandiya nazirinə xəbərdarlıq edib

Yadigar Sadıqlı
11 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeron Şotlandiya hökumətini təhdid edərək xarici əlaqələrin qurulmasında Forin-ofisin şotlandlara yardımını dayandıra biləcəyini deyib. Kemeronu Şotlandiyanın birinci naziri Həmzə Yusafın Forin-ofisin nümayəndəsinin iştirakı olmadan Türkiyə Prezidenti Ərdoğanla görüşməsi və Qəzza sektorundakı müharibə ilə bağlı mövqeyini bildirməsi əsəbləşdirib.  Birləşmiş krallığın tərkib hissələrinin muxtariyyəti haqqında qanunlara görə, həmin hissələr yalnız öz kompetensiyalarına aid sahələr üzrə xarici əlaqələri inkişaf etdirə bilərlər, əcnəbi siyasətçilərlə görüşlər zamanı isə, protokola görə, Britaniya XİN nümayəndəsi iştirak etməlidir. BBC-nin də tanış olduğu məktubda Kemeron Dubayda keçirilən iqlim konfransının gedişində Yusafın prezident Ərdoğanla görüşəcəyi barədə Britaniya diplomatlarının əvvəlcədən xəbərdar edilməməsinə və bu...
Dünya

Blinken: Rusiya ABŞ-ı daha ​​geniş münaqişəyə sürükləyə bilər

Toplum TV
11 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

"Rusiyanı Ukraynada dayandırmaq zəruridir, əks halda o, NATO ölkəsinə hücum edərək ABŞ-ı daha ​​geniş münaqişəyə sürükləyə bilər". Toplum TV xəbər verir ki, bunu CNN-ə açıqlamasında ABŞ dövlət katibi Antoni Blinken deyib.  Onun sözlərinə görə, əlavə büdcə tələbi Konqresdə səsə qoyulmasa və təsdiqlənməsə, sevinəcək yeganə insanlar Moskva, Tehran, Pekindəkilərdir: "Bu, Ukrayna üçün həyati əhəmiyyət kəsb edir. Onlar son bir il ərzində əhəmiyyətli irəliləyiş əldə edib və 2022-ci ilin fevralından bəri ələ keçirilən ərazilərin 50 faizindən çoxunu geri qaytararaq Rusiyanın təcavüzünü geri çəkiblər". https://toplum.tv/dunya/prusiya-kiyeve-ballistik-raketler-ve-dronlarla-huumlcum-edibp Blinken həmçinin qeyd edib ki, Rusiyanın NATO ölkəsinə hücumunun və ABŞ-ı daha ​​geniş münaqişəyə sürükləməsinin qarşısını almaq üçün...

Seçilmiş Videolar

Toplum TV loqo