Dünya

Zelenski Qərbi "bezdirib?" - İngilis nazir narazılıq edib

13 İyul, 2023
930

The Times

Zelenski - Uolles

Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı nazir Ben Uollesin "Kiyevin tədarük olunan silahlara görə yetərincə minnətdar olmaması" ilə bağlı iradına  münasibət bildirib. 

Toplum TV Ukrayna mətbuatına istinadən xəbər verir ki, Zelenski Kiyevin hər zaman tərəfdaşlarına təşəkkür etdiyini və yardım göstərən hər kəsə həmişə minnətdar olduğunu bildirib. O, həmçinin “başqa necə minnətdar olmalıyıq” barədə fikrinin olmadığını bildirib. 

“Biz hər səhər oyanan kimi nazirə təşəkkür etməyə hazırıq”, - Zelenski kinayə ilə deyib və əlavə edib: “Qoy o, mənə necə təşəkkür edəcəyimi yazsın, mən də elə təşəkkür edim”.

Uolles iyulun 12-də ölkəsinin mətbuatına verdiyi açıqlamada bildirmişdi ki, o, Ukraynanın tərəfdaşlardan silah yardımı almasını "istehlakçı münasibətləri" hesab edir. Nazir xatırladıb ki, 2022-ci ildə Kiyevə gələrkən yolda 11 saat vaxt keçirib, paytaxta çatan kimi isə birinci iş kimi ona "arzu edilən silahların siyahısı"nın verildiyini deyib.

“Mən onlara dedim ki, bilirsiniz, nə var, biz "Amazon" deyilik”,-  Uolles bildirib.

Nazirin sözlərinə görə, Ukrayna bəzən Qərbin köməyinə görə daha fəal şəkildə minnətdarlıq etməlidir. 

https://toplum.tv/dunya/pabs-in-ukraynaya-kasetli-bombalar-vermesine-muumlttefiqler-niye-qarsi-ccedilixirp

Zelenskinin NATO ilə bağlı iradlarının, xüsusilə onun "NATO-nun Ukraynanın Alyansa daxil olması üçün dəqiq vaxt cədvəli verməməsi absurddur” fikrinin üzv ölkələrin rəsmilərində də narazılıq doğurduğu bildirilir. 

"Bloomberg" mənbələrinə istinadən xəbər yayıb ki, NATO liderləri iyulun 11-də axşam Vilnüsdə şam yeməyi zamanı Zelenskidən biraz “sakitləşməyi” rica ediblər. 

Agentliyin məlumatına görə, nahar zamanı ABŞ Prezidenti Co Bayden otelinə qayıdarkən, NATO liderləri Zelenskiyə bütövlükdə vəziyyətə nəzər salmağı təklif ediblər, ona Ukraynanın gələcəkdə alyansa böyük ehtimalla üzv olacağı vəd edilib, öz növbəsində G7 ölkələri Ukraynaya təhlükəsizlik zəmanətlərini verəcəklərini bildiriblər. Bloomberg-in yazdığına görə, Zelenski bundan sonra narazılığı dayandırıb. 

Öz növbəsində NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə birmənalı dəstəyini ifadə edib bildirib. "Şərtlər yerinə yetirildikdə üzvlük dəvəti ediləcək Ən mühüm vəzifəmiz Ukraynanı qazanmaqdır. Ukraynanı NATO-ya yaxınlaşdıracağıq", - deyə o açıqlamasında qeyd edib. 

Baş katib həmçinin bəyan edib ki, Ukraynaya uzaqmənzilli raketlər veriləcək. 

"Almaniya və ABŞ hərbi dəstəyini daha da artıracaq. Bütün bunlar Kiyevə güclü mesaj verir", - Stoltenberq  vurğulayıb. 


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo