Dünya

Zelenski: Qərbin dəstəyi olmasa, geri çəkiləcəyik

Toplum TV
17 Noyabr, 2023
201

Reuters

Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin dəstəyi olmasa, Ukraynanın müharibədə “geri çəkilmək” məcburiyyətində qalacağını bildirib. 

Toplum TV "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Zelenski açıqlamasında Yaxın Şərqdəki vəziyyətə görə, Qərbin diqqətinin Ukraynadan getdikcə yayındığını bildirib.  

"Hazırda mən diqqətimi Qərbdən kömək almağa yönəltmişəm. Onların diqqəti isə Yaxın Şərqdəki vəziyyətə və digər səbəblərə görə yayınır. Dəstək olmasa, biz geri çəkiləcəyik", - "Bloomberg"   Ukrayna Prezidentindən sitat gətirib. 

https://toplum.tv/dunya/pzelenski-israil-hemas-muumlnaqisesine-goumlre-ukraynaya-silah-tedaruumlkuuml-azalibp

O, həmçinin iddia edib ki, Rusiya Federasiyasının Ukraynada hakimiyyət çevrilişi təşkil etmək və Zelenskini vəzifəsindən uzaqlaşdırmaq planı var.

“Kəşfiyyatımızda tərəfdaşlarımızdan da gələn məlumatlar var”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Kreml bu planı “Maydan 3” adlandırır. Bu, Ukrayna cəmiyyətini parçalamaq, “xaos” yaratmaq və sonda Zelenskini aradan qaldırmaq planıdır.

Bununla belə, Zelenski növbəti dəfə Ukraynanın münaqişənin dondurulması ilə razılaşmayacağını və cəbhədə qış döyüşlərinə hazırlaşdığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

"Tesla"nın elektrik yük maşını "Sibertrak" satışa çıxarılıb

Toplum TV
1 Dekabr 2023

drive.com

"Tesla" şirkəti "Sibertrak" (Cybertruck”) elektrik yük maşınının tədarükünə başladığını elan edib. Toplum TV “The Financial Times” nəşrinə istinadən xəbər verir ki, elektrikli avtomobilin qiyməti 60,990 dollardan başlayır. Tədarükünün başlanması ilə bağlı keçirilən tədbirdə çıxış edən "Tesla"-nın qurucusu Elon Mask futuristik dizaynlı yeni elektrikli pikapın “yolların simasını dəyişəcəyini” bildirib.   https://toplum.tv/dunya/pelon-mask-anti-semitizm-ittihamlarindan-sonra-israile-sefer-edibp "Sibertrak", "Tesla"-nın pikap bazarında ilk addımıdır.  Bununla belə, "The Financial Times" qeyd edir ki, "Tesla" iki ildir  "Sibertrak" buraxmağa hazırlaşdığı vaxtda "Ford" və "General Motors" da daxil olmaqla, digər istehsalçıların elektriklə işləyən pikapları bazara daxil olub.
Dünya

Navalnıya qarşı yeni cinayət işi açılıb 

Toplum TV
1 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiyada həbsdə olan siyasətçi Aleksey Navalnıya yeni cinayət işi açılıb. O, "vandalizm"də ittiham olunur Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də siyasətçinin Telegram-kanalı məlumat verib.  "Meduza.io"-nun yazdığına görə, Navalnıya Rusiya Federasiyası Cinayət Məcəlləsinin 214-cü maddəsi üzrə ittiham irəli sürülüb. Bu maddənin 2-ci bəndində “bir qrup şəxs tərəfindən, habelə siyasi, ideoloji, irqi, milli və ya dini nifrət və ya ədavət, yaxud hər hansı sosial qrupa qarşı nifrət və ya düşmənçilik motivləri ilə törədilmiş əməllər” nəzərdə tutulur. https://toplum.tv/dunya/pzelenski-ukraynanin-eks-huumlcumunun-ugurlu-olmadigini-etiraf-edibp Bu maddə üzrə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək məcburi əmək və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası...

Seçilmiş Videolar

Toplum TV loqo