Ukraynada kadr dəyişiklikləri davam edir.
Toplum tv xəbər verir ki, bu dəfə istefa məktubunu Ukraynanın icmalar və ərazilərin inkişafı nazirinin müavini İvan Lukerya yazıb.
"Mən ilin əvvəlində qərar vermişdim. Amma təəssüf ki, siyasi və bürokratik şəraitə görə hüquqi rəsmiləşdirmə bu həftəyə təsadüf etdi",-deyə o "Facebook" hesabında yazıb.
Lukerya əlavə edib ki, gələcək planlarla bağlı təfərrüatlar tezliklə açıqlanacaq.
Bundan başqa, İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirinin digər müavini Vyaçeslav Neqoda istefa verdiyini yazıb.
Xatırladaq ki, Vasili Lozinski rüşvətxorluqda şübhəli bilindiyi üçün icmaların, ərazilərin və infrastrukturun inkişafı üzrə nazir müavini vəzifəsindən azad edilmişdi.
Həmçinin müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov hərbçilər üçün ərzaq alınması ilə bağlı qalmaqala görə bu gün istefa verib.
Baş prokurorun müavini Aleksiy Simonenko İspaniyada tətil qalmaqalından sonra işdən çıxarılıb .
Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko istefa ərizəsi yazıb.
Bu barədə “Ukrayinska pravda” Ukrayna hökumətindəki və Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı (MTŞ) mənbələrə istinadən xəbər yayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Timoşenkonun əvəzinə onlar Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksiy Kulebanı ofis rəhbərinin müavini vəzifəsinə təyin etməyi planlaşdırırlar.
Bundan əvvəl də mətbuatda Timoşenkonun postunu itirə biləcəyi barədə məlumat yayılmışdı.
Eyni zamanda, Sumı, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərində hərbi administrasiyaların rəhbərlərinin istefa verəcəyi gözlənilir.
Nəşrdə dəqiq hansı kadr dəyişikliyi aparılacağı ilə bağlı məlumat verilmir.
Qeyd olunur ki, Timoşenko “General Motors”-un Ukraynaya humanitar missiyalar üçün bağışladığı avtomobili sürdüyü və regional siyasətlə məşğul olduğu üçün tənqid edilib, “bu, özünü reklam kimi qəbul edilib”.
Timoşenkonun istefasının təsdiqlənməsi sorğusuna cavab olaraq Ukrayna prezidentinin ofisindən Meduza-ya “rəsmi məlumatı gözləmək” təklif edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Forbes
Açıq mənbələrdən götürülüb