Zelenskinin ofisi müharibədə həlak olan ukraynalı hərbçilərin sayını açıqlayıb
Açıq mənbələrdən götürülüb
Ukrayna əsgəri
Rusiya işğalı başlayandan bəri 10-13 min arasında ukraynalı hərbçi həlak olub.
Toplum TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatlarına istinadən Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
“Şübhəsiz ki, xanım Ursula (von der Leyen, Avropa Komissiyasının rəhbəri – tər.) səhv edib – bu, göz qabağındadır. Ona görə də o videonu, rəqəmləri sildilər. Əlimizdə Ali Baş Komandanın səsləndirdiyi rəsmi rəqəmlər var. Onlar (Ukraynanın müharibə zamanı itkiləri) 10 ilə 12,5-13 min ölü arasında dəyişir ... Bəli, yaralananlara görə daha çox itkilərimiz var", - deyə Podolyak Kanal 24-ə bildirib.
Müşavirin sözlərinə görə, Avropa Komissiyasının rəhbərinin mülki ölümlərin sayı ilə bağlı verdiyi təxminlər də düzgün deyil. Podolyak qeyd edib ki, bu rəqəm “mütləq 20 min deyil”, xüsusilə də Ukrayna Silahlı Qüvvələrinin azad etdiyi ərazilərdə tapılan kütləvi məzarlıqları nəzərə alsaq, daha çoxdur.
Noyabrın 30-da Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen videomüraciətində qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 20 mindən çox mülki şəxs və Ukrayna Silahlı Qüvvələrinin 100 min hərbçisi həlak olub. Video sonradan silinib. Əvəzində itkilərlə bağlı ifadənin olmadığı redaktə edilmiş video yayımlanıb.
Məsələylə əlaqədar Avropa Komissiyasının ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Dana Spinant bildirib ki, ölən ukraynalı hərbçilərlə bağlı fon der Leyenin müraciətində yer alan məlumatlar xarici mənbələrdən götürülüb. O, məlumatların Rusiyanın qəddarlığını nümayiş etdirmək üçün nəzərdə tutulduğunu vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Forbes
Açıq mənbələrdən götürülüb