Dünya

Zinçenko: "Qızım olmasaydı, mən də müharibəyə gedərdim"

24 İyul, 2023
730

Açıq mənbələrdən götürülüb

Aleksandr Zinçenko

Hazırda Aleksandr Zinçenko London “Arsenal”ında çıxış edir, buna qədər isə Donetskin “Şaxtyor”, Rusiyanın “Ufa”, Niderlandın “PSV” və tərkibində dörd dəfə İngiltərə çempionu olduğu “Mançester Siti”də oynayıb.

 2022-ci ilin fevralın 24-nü Zinçenko məhz “Siti”də qarşıladı. Müharibənin başlamasından iki gün sonra “şəhərlilər” tərkibində daha bir ukraynalının -Vitali Mikolenkonun çıxış etdiyi “Everton” ilə oynayırdılar. Hər iki komandanın futbolçuları meydana Ukrayna bayraqları ilə çıxdılar, tribunalar isə Zinçenko və Mikolenkonu dəstəklədilər. Bunu görən hər iki oyunçu göz yaşı axıtdı.

“Mən sadəcə ağlayıram. Artıq bir həftə keçib, amma maşınla məşqə gedəndə belə səbəbsiz ağlaya bilərəm. Onların (Rusiya qoşunları) etdikləri qəbulolunmazdır. İnsanlar mənə faktlar göndərirlər. Aclıq çəkirlər. Torpağın altında və bunkerlərdə yataraq sağ qalmağa çalışırlar”, - Zinçenko bir neçə gün sonra Qari Linekerə müsahibəsində deyirdi.

Futbolçunun sözlərinə görə, valideynləri təhlükəsizlikdə idilər, amma babası və xalası Zinçenko üçün doğma Radomışl (Jitomir vilayəti) şəhərində idilər və təxliyədən imtina etmişdilər. “Everton”la matça lap az qalmış Zinçenkonun qohumlarının adətən istifadə etdikləri xəstəxanaya bomba düşmüşdü.

Oyunçu deyir ki, müharibənin ilk günlərində cəbhəyə getmək istəyirdi: “Əgər qızım, ailəm olmasaydı, orada olacaqdım”. Amma yaxınları onu inandırıblar ki, populyar futbolçu ön cəbhədə olmadan daha çox fayda gətirə bilər.

Bundan sonra Zinçenko dostu və meneceri Artemi Ryabovla birlikdə xeyriyyə yardımının yığımını (27 yük maşınına çatdı) və Ukraynaya mütəmadi göndərişini  təşkil etdi. Eləcə də futbolçu özü dəfələrlə ianələr edib və “Azov” alayının döyüşçülərini dəstəkləyib. Məsələn, özünün avtoqrafı olan və “Stop war” yazılan butslarını hərracda satıb. Əldə olunan 60 min qrivna (1,5 min dollara yaxın) “Azov” üçün termal kamera alınmasına xərclənib.

Ukraynalılara “Mançester Siti” də kömək edirdi. Məsələn, ispaniyalı Rodri qaçqınlara kömək üçün iri məbləğ ayırdı, klubun əməkdaşlarından biri isə bir ukraynalı həkimə pul köçürürdü. Fanatlar da kömək edirdilər. Onlardan biri Ukraynaya tibbi avadanlıqlarla dolu yük maşını göndərdi, digəri də ukraynalı ailəni evinə qəbul etdi. Bundan xəbər tutan Zinçenko uşaqları “Siti”nin məşqinə dəvət etdi.

İdmançı danışır ki, bir dəfə ona iki uşaq azarkeş yaxınlaşdı: “Onların yəqin ki, 10 yaşları olardı. Elə bildim, təkcə şəkil çəkdirmək istəyirlər, amma onlar dedi: “Aleks, biz səninlə və sənin xalqınlayıq”. Mən şokda idim. 10 yaşda? Hər şeyi də başa düşürlər. Bu, o deməkdir ki, valideynləri də belə deyirlər”.

2022-ci il baharın sonunda Zinçenko “Football for Ukraine” xeyriyyə fondunu yaratdı. Təşkilat öz məqsədi olaraq Ukrayna xalqının zəruri ehtiyaclarının ödənilməsini, xəstəxanalar və digər tibbi müəssisələrdə xəstələrə və yaralılara qulluq etmək üçün bütün zəruri şeylərin axtarışını, eləcə də uşaqlara yardım və onların həyat şəraitinin yaxşılaşdırılmasını və komfortlu təhsil imkanının yaradılmasını görür. Bundan əlavə, Zinçenko Ukrayna millisinin digər oyunçuları ilə birlikdə müharibədə xəsarət alanların reabilitasiyası ilə məşğul olan “Ponad use” layihəsinə qoşulub.

Futbolçu deyir: “Biz təslim ola bilmərik. Biz azadlığımız üçün mübarizə aparmalıyıq… Biz birlikdə olmalı və sona qədər döyüşməliyik”.

Andrey Şevçenko: müharibə qurbanlarına yardım üçün bir neçə milyon dollar toplayıb

Şevçenko bütün tarix boyu ən məşhur ukraynalı futbolçulardan biridir. O, Kiyev “Dinamo”su, “Milan” və “Çelsi”də çıxış edib, futboldakı ən nüfuzlu şəxsi mükafatı (“Qızıl top”) alıb və indiyə qədər milli komandanın tərkibində ən yaxşı bombardir olaraq qalır. 2012-ci ildə oyunçu karyerasını bitirəndən sonra Ukrayna millisinin və İtaliya “Cenoa”sının məşqçisi olub.

Andriy Şevçenko

Londonda yaşayan Andrey müharibənin başlanmasını anasının zəngi ilə bilib: “O dedi: “Müharibə başlayıb”. Biz inana bilmirdik ki, Rusiya belə addıma gedər və nüharibəyə başlayar. Şokda idik. Mənim anam orada. Bacım da, başqa qohumlarım da. Dostlarımın bəziləri ön xətdə. Onlar bizim ölkəmiz, azadlığımız, seçimimiz, qürurumuz üçün döyüşürlər”.

Şevçenkonun yaxınları əvvəlcə Kiyevdən çıxa bilmirdilər, - futbolçunun dediyinə görə, humanitar dəhlizin ruslar tərəfindən atəşə tutulması üzündən. Oyunçunun Ukraynada qalan qohumları Buçadan çıxa bilmiş iki ailəyə sığınacaq veriblər.

Zinçenko kimi Şevçenko da, demək olar, dərhal xəsarət alanlar üçün vəsait toplamağa və dünyanı Ukraynadakı müharibə haqqında məlumatlandırmağa başladı. Andrey Londonda keçirilən müharibə əleyhinə mitinqlərdə uşaqları ilə birlikdə iştirak edir, sanballı dünya KİV-lərinə verdiyi müsahibələrdə Putini “məxluq” adlandırır və Adolf Hitlerlə müqayisə edirdi.

Müxtəlif layihələrin köməyi ilə Şevçenko bir neçə milyon dollar topladı. Məsələn, 2022-ci ili yayında İngiltərədə ənənəvi “Soccer Aid” xeyriyyə matçı keçirildi. Şevçenko ötən illərin futbol ulduzları - Peter Çex, Patris Evra, Roberto Karlos – ilə birlikdə çıxış edirdi. Qaçışçı, səkkizqat olimpiya çempionu Useyn Bolt da komandada oynayırdı. Yamaykalı oyundan əvvəl Şevçenkoya Ukrayna bayrağı rəngində olan kapitan sarğısını verdi. Matçın sayəsində xeyriyyə məqsədilə 4 milyon funt yığıldı, bunun da bir hissəsi ukraynalı uşaqlara ayrıldı.

Futbolçu həm də müharibə başlayandan sonra Ukrayna hakimiyyətinin vəsait toplanmaq üçün yaratdığı “United 24” platforması ilə əməkdaşlıq edir. Yığılan pullar üç istiqamətdə xərclənir: ölkə ərazisinin müdafiəsi və minalardan təmizlənməsi, humanitar və tibbi yardım, eləcə də Ukraynann bərpası. Vəsait Ukrayna Milli bankının hesabına köçürülür, onun xərclənməsi barədə hesabat isə hər gün dərc olunur. “United 24” 2022-ci ilin iyulu üçün 166 milyon dollar, fəaliyyətə başlamasının birinci ildönümünə - 2023-cü ilin mayı - qədər isə 300 milyon dollardan çox toplayıb.

Platformanın elçisi kimi bir sıra dünya məşhurları, o cümlədən Şevçenko və Zinçenko çıxış edirlər.

İndi futbolçular birlikdə Çerniqovda məktəbin bərpası üçün pul toplayırlar və Londonda xeyriyyə matçı təşkil edirlər

2023-cü ilin iyununda Zinçenko və Şevçenko uzun müddət ərzində ilk dəfə Ukraynaya gəldilər. İdmançılar müharibənin əvvəlində faktiki tam məhv edilmiş Mixail Kotsyubinski adına liseyi görmək üçün Çerniqova yollandılar.

Zinçenko və Şevçenko dağıntılara baxdılar, yerli sakinlərlə ünsiyyət qurdular və yeniyetmələrlə futbol oynadılar. “Bu gün biz uşaqlardan Rusiya hərbçilərinin onların evinə silahla girmələri və onları qorxutmaları barədə xeyi əhvalatlar eşitdik. Yoxa çıxan və bəziləri qayıtmayan valideynlər haqqında. Bizim üçün ən vacib missiya – uşaqlara müharibəni unutdurmaqdır”, - Şevçenko deyirdi. “Təsəvvür edin, uşağınız hər gün məktəbə gedir və bir gün oraya bomba düşür. Bu, bütün ömür boyu yaşanacaq travmadır”, - Zinçenko əlavə edir.

Zinçenko "Arsenal" tərəfdarlarıyla

“Röyter” yazır ki, məktəbin bərpasına 1,7 milyon dollar lazımdır. Şevçenko və Zinçenko bu məbləği “Çelsi”nin stadionunda avqustun 5-də keçiriləcək “Game 4 Ukraine” xeyriyyə matçında toplamağı planlaşdırırlar.

Zinçenko və Şevçenko bir-birlərinə qarşı oynayacaqlar, matçda “Çelsi”nin, “Arsenal”ın, “Milan”ın və başqa klubların keçmiş və indiki oyunçuları – Yens Lemann, Rober Pires, Patrik Vieyra, Jerar Pike, Yevgeni Konoplyanka, Maykl Essyen, Canfranko Zola, Klod Makelele, Samuel Eto`O, Klarens Zeedorf, Peter Çex – iştirak edəcəklər. Komandaların məşqçisi rolunda uzun illər “Arsenal”a rəhbərlik edən Arsen Venqer və “Çelsi”nin qadın komandasının baş məşqçisi Emma Heyz çıxış edəcəklər.

Andrey Şevçenko deyir: “Stemford Bric”də “Game 4 Ukraine” bütün dünyanın futbol ictimaiyyəti üçün birləşmək, həmrəylik nümayiş etdirmək, Ukraynaya yardım etmək  fürsətidir. Bizim uşaqlara məktəb partaları arxasına qayıtmağa, eləcə də bütün dünyanın diqqətini yenidən müharibəyə yönəltmək fürsətidir”.

Mənbə: Meduza.io

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo