Dünya

Qarabağ ermənilərinin 120-dən çox hərbçisi Baş qərargah rəisini dəstəklədi

8 Mart, 2021
113

Ermənistan MN

Dağlıq Qarabağdakı qondarma quruluşun 120-dən artıq hərbçisi Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyana dəstəklədiklərini ifadə ediblər. 

Bu barədə martın 8-də Yerevanda çıxan “Aravot” qəzeti məlumat verib. 

Qasparyana dəstək ifadə olunan bəyanatın altında 124 separatçı zabitin imzası var. Onlar siyasi məsələlərdə bitərəfliklərini qoruduqlarını, amma general-polkovnik Onik Qasparyanın Baş Qərargah rəisi vəzifəsində xidmətini davam etdirməsini istədiklərini bildiriblər. Qəzetin saytında imzaların fotosurəti də yerləşdirilib.

Ermənistanda növbəti siyasi böhran baş nazir Nikol Paşinyanın Rusiya istehsalı olan “İskəndər” raket kompleksləri haqqında mənfi rəyindən sonra yaranıb. Baş Qərargah rəisinin müavini Paşinyanın dediklərini məsxərəyə qoyduqdan sonra istefaya göndərilib, ardınca Baş Qərargah rəisinə də istefa təklif olunub. Əvəzində Ermənistan silahlı qüvələrinin komandanlığı Paşinyanın özünün istefasını tələb edən bəyanatla çıxış ediblər. Baş nazir bunu çevriliş cəhdi kimi qiymətləndirib və öz tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Bu arada müxalifət parlamentin yaxınlığında barrikadalar və çadırlar quraraq hakimiyyətlə danışıq aparmaq niyyətində olmadıqlarını və baş nazirin istefasını tələb etdiklərini bildiriblər.

Ermənistan prezidenti Armen Sarkisyan Baş qərargah rəisinin istefası barədə Nikol Paşinyanın sərəncamını imzalamaqdan imtina edib. Hazırda məsələ Konstitusiya məhkəməsində araşdırılır. Prezidentin mətbuat xidmətində bildiriblər ki, Sərkisyanın sərəncamın özünü deyil, orduda kadr məsələlərini tənzimləyən “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun müddəalarını mübahisələndirib.

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar