Orda.kz
Özbəkistan Baş Prokurorluğunun bu gün, iyulun 4-də yaydığı açıqlamaya görə, Qaraqalpaqıstan Respublikasında ötən həftə bölgənin muxtariyyətinin məhdudlaşdırılması planlarına qarşı başlayan etiraz aksiyaları zamanı 18 nəfər həlak olub.
“Nukusda kütləvi iğtişaşlar nəticəsində 18 nəfər ağır bədən xəsarətlərindən dünyasını dəyişib”, - prokuror Abror Mamatov bildirib.
Milli Qvardiyanın mətbuat xidmətindən isə bildiriblər ki, aksiyaların dağıdılması zamanı təhlükəsizlik qüvvələri 500-dən çox insanı saxlayıb, onların çoxu artıq sərbəst buraxılıb. Həmçinin qeyd edilib ki, iğtişaşlar zamanı 240-dan çox insan xəsarət alıb, onlardan 90-a yaxını xəstəxanalara çatdırılıb.
Muxtar respublikanın paytaxtı Nukusda və bir sıra başqa şəhərlərdə böyük etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları iyun ayında Konstitusiyaya dəyişiklik layihəsini dərc edən Özbəkistan hakimiyyətinin təşəbbüsü ilə razılaşmadıqlarını bildiriblər. Konstitusiya düzəlişlərində digər məsələlərlə yanaşı, Qaraqalpaqıstanın suverenliyi və onun öz müqəddəratını təyin etməklə bağlı müddəaların çıxarılması təklif edilirdi.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev muxtar respublikanın paytaxtı Nukus şəhərinə gələrək regionun suverenliyi ilə bağlı konstitusiyaya dəyişiklik etməməyi təklif edib.
Bununla belə, hökumət muxtar respublikada keçirilən nümayişləri qanunsuz adlandırıb. Ölkənin Baş Prokurorluğu konstitusiya quruluşuna qəsd maddəsi ilə cinayət işi açıb.
İyulun 4-də Özbəkistan parlamentinin aşağı palatası ölkə Konstitusiyasına dəyişikliklər layihəsində Qaraqalpaqıstanın suverenliyinin qorunub saxlanılması barədə qərar qəbul edib.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir