Dünya

Qazaxıstan Rusiyanın Ukrayna ilə bağlı tələbini rədd edib

5 Oktyabr, 2022
328

Reuters

Çərşənbə günü Qazaxıstan hökuməti rusların öldürülməsi ilə bağlı şərhlərə görə Ukrayna səfirinin ölkədən çıxarılması barədə tələbini rədd edib və Moskvanı "bərabər strateji tərəfdaşlar" arasında qeyri-münasib intinasiya işlətdiyinə görə qınayıb.

Bu barədə "Reuters"in məlumatında deyilir. 

Ukraynanın Astanadakı səfiri Petro Vrublevskinin avqust ayında yerli bloqerə müsahibəsində Ukraynadakı müharibəyə toxunaraq, "indi nə qədər çox rus öldürsək, gələcəkdə uşaqlarımız onları bir o qədər az öldürməli olacaq" deməsindən sonra gərginlik artıb.

https://toplum.tv/dunya/forbes-seferberlik-baslayandan-rusiyani-600-700-min-insan-terk-edib

Rusiya cavab olaraq Qazaxıstandan diplomatı ölkədən çıxarmağı tələb edib, amma Astana bunun əvəzində Kiyevdən onun dəyişdirilməsini istəyib və bildirib ki, onun şərhləri etnik rus azlığının çox olduğu bir ölkə üçün qəbuledilməzdir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə axşamı deyib ki, Moskva Vrublevskinin hələ də Astanada olmasından "qəzəblənib" və Qazaxıstan səfirini XİN-ə çağırıb.

Çərşənbə günü Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov Zaxarovanın tonunu "bərabər strateji tərəfdaşlar kimi Qazaxıstan və Rusiya arasında müttəfiqlik münasibətlərinin xarakteri ilə ziddiyyətli" adlandırıb və əlavə edib ki, Rusiya səfiri öz növbəsində Qazaxıstan xarici işlər nazirliyinə çağırılacaq.

Smadiyarov bildirib ki, Ukraynanın yeni səfiri təyin olunduqdan sonra Vrublevskinin Qazaxıstanı tərk edəcəyi bildirilir. 

Qazaxıstan ənənəvi olaraq Rusiya ilə sıx iqtisadi və təhlükəsizlik əlaqələri saxlayır, amma fevralda Ukrayna müharibəsi başlayandan sonra iki ölkə münasibətlərində soyuqluq nəzərə çarpır. 

Astana Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı münaqişənin sülh yolu ilə həllinə çağırıb və Rusiyanın Ukraynanın bəzi hissələrini ilhaq etdiyi referendumları tanımaqdan imtina edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib. BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb. Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər. Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib. Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir...
Dünya

Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"

Toplum TV
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlsə, Moskvaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacaq.  Toplum TV xəbər verir ki, bunu Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz “Politico” nəşrinə verdiyi müsahibədə deyib. Müsahibəsində o, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, amma Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyənin Rusiya Federasiyası ilə “bərabər münasibətlərə” can atacağını bildirib. Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasına da mane olmayacaq. https://toplum.tv/dunya/perdoganin-prezidentliye-namizedliyi-tesdiqlendip Hazırda müharibə səbəbindən Rusiyanı tərk edən vətəndaşlar fəal şəkildə Türkiyədə mülk alırlar. Ünal Çeviköz müsahibəsində onu da qeyd edib ki, əgər Kılıçdaroğlu seçkilərdə qalib gələrsə, əcnəbilərin Türkiyədə ən...

Seçilmiş Videolar

Toplum TV loqo