Dünya

Qazaxıstan Rusiyanın Ukraynadakı yeni ilhaqlarını tanımır

3 Oktyabr, 2022
416

Rəsmi səhifə

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi Qazaxıstan Rusiya-Ukrayna silahlı münaqişəsində iştirak etməyəcək. 

Bunu bu gün, oktyabrın 3-də jurnalistlər üçün keçirdiyi brifinqdə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

Onun sözlərinə görə, KTMT ölkələri bir-birinin sərhədlərini ciddi şəkildə müəyyən edilmiş çərçivədə tanıyır. Və "qondarma Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikası onlara daxil deyil."

https://toplum.tv/dunya/putin-xerson-ve-zaporojye-vilayetlerinin-musteqilliyini-taniyib

“Qazaxıstan beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü, onların suveren bərabərliyi və dinc yanaşı yaşaması prinsiplərindən çıxış edir. Ümumiyyətlə, KTMT-nin məsuliyyət zonası təşkilata üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış əraziləri ilə aydın şəkildə müəyyən edilir və bu ərazilər daxilində kollektiv təhlükəsizlik təmin edilir. Beləliklə, KTMT-nin Rusiya-Ukrayna münaqişəsi zonasında iştirakı məsələsi gündəmdə deyil”, - Aybek Smadiyarov vurğulayıb. 

XİN rəsmisi bildirib ki, əgər Rusiya ərazisində olan Qazaxıstan vətəndaşları səfərbərliklə bağlı hərbi komissarlıqlardan çağırış vərəqələri alarlarsa, Qazaxıstanın diplomatik nümayəndəliklərinə müraciət etməlidirlər. 

“Təbii ki, informasiya bazalarında müəyyən qüsurlar ola bilir. Bir şəxs, məsələn, Rusiya ərazisindədirsə, yaşayış icazəsi alıbsa - bu vətəndaşlıq deyil, o, sənədini hərbi komissarlığa göstərə və ya Qazaxıstan səfirliyi ilə əlaqə saxlaya bilər", - Smadiyarov bildirib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Məhkəmə qərar çıxardı: Tramp yaxın günlərdə həbs oluna bilər

Toplum TV
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Manhetten məhkəməsinin böyük jürisi Donald Trampın cinayət işi üzrə ittiham elan edilməsi barədə qərar çıxarıb. Sabiq prezident 2016-cı il seçkilərində porno ulduz Stormi Danielsə qanunsuz ödəniş etməklə bağlı ittihamlarla üzləşib Toplum Tv “The New York Times” nəşrinə istinadən xəbər verir ki, məlumat prokurorluq tərəfindən rəsmən təsdiqlənib. Trampın saxlanılması, fotosunun çəkilməsi və barmaq izinin götürülməsi, bundan sonra hakimin həbs-qətimkan tədbiri ilə bağlı qərar verəcəyi gözlənilir.  Prokurorlar siyasətçinin saxlanma vaxtını razılaşdırmaq üçün eks-prezidentin vəkilləri ilə əlaqə saxladıqlarını bildiriblər. Onun müdafiəçilərinin fikrincə, bu, gələn çərşənbə axşamı baş verə bilər. Trampın iqamətgahının yerləşdiyi Florida ştatının qubernatoru Ron Desantis bildirib ki, Nyu-York prokurorları tərəfindən ekstradisiya...
Dünya

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

Toplum TV
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib. Protokolun əleyhinə bir dənə də olsun səs verən olmayıb.  Toplum TV xəbər verir ki, Türkiyə ittifaqın 30 ölkəsi arasında Finlandiyanın təşkilata qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Bu həftənin əvvəlində Macarıstan parlamenti lehinə səs vermişdi.  Finlandiya özü əvvəllər Şimali Atlantika Alyansına qoşulmaq üçün bütün lazımi sənədləri rəsmiləşdirib. İndi o, iyulda Litvada keçiriləcək sammitdə NATO-ya qəbul edilə bilər. https://toplum.tv/dunya/pkiliccedildaroglu-prezident-seccedililse-rusiyaya-tuumlrkiyenin-nato-uumlzvuuml-oldugunu-quotxatirlatacaqquotp Buna baxmayaraq, İsveçin quruma qoşulmaq üçün Finlandiya ilə eyni vaxtda verdiyi ərizənin taleyi hələ də məlum deyil. Macarıstan və Türkiyə bir sıra şərtlər irəli sürərək İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu hələ...

Seçilmiş Videolar

Toplum TV loqo