Dünya

Qazaxıstan Türkiyənin PUA-larına yiyələnmək istəyir
 

5 Fevral, 2021
1015

Defence World

Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndələri türkiyəli həmkarları ilə müxtəlif növ uçan pilotsuz aparatların (PUA) alınması və onların Qazaxıstan müəssisələrində yığılması kimi məsələləri müzakirə ediblər.

Bu barədə fevralın 5-də Qazaxıstan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Müdafiə Naziri general-leytenant Nurlan Ermekbayev Türkiyə Müdafiə Nazirinin müavini Muhsin Dərə ilə görüşü zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi, Türkiyənin hərbi təhsil ocaqlarında qazax tələbələrin təhsil alması kimi məsələləri müzakirə edib.

Qazaxıstanın Türkiyənin istehsal etdiyi zirehli tanklarla da maraqlandığı bildirilib.

Dünya

Sabah Kremldə Ukraynanın 4 vilayətinin ilhaqı ilə bağlı sənədlər imzalanacaq

29 Sentyabr 2022

Açıq mənbələrdən götürülüb

Sentyabrın 30-da Kremldə “Rusiyaya yeni ərazilərin daxil olması” haqqında müqavilələr imzalanacaq.  Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Söhbət Rusiya qoşunlarının işğalı altında olan Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən gedir.  Dövlət Dumasının deputatları sentyabrın 30-da saat 15:00-da Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək tədbir üçün Kremlə dəvət olunublar. Bu barədə RİA “Novosti” Rusiya Federasiyası Kommunist Partiyasından olan deputat Denis Parfenova istinadən məlumat yayıb. Peskovun sözlərinə görə, ilhaq sənədlərini imzalamazdan əvvəl Putin deputatlar qarşısında çıxış edəcək.  Razılaşmalar separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın liderləri, həmçinin Xerson və Zaporojye vilayətlərinin Rusiya işğal administrasiyalarının rəhbərləri ilə...
Dünya

Rusiya “Şimal axını”ndakı insidentlərin arxasında ABŞ-ın dayandığını iddia edir

29 Sentyabr 2022

Reuters

“Şimal axını” qaz kəmərlərindəki insidentlər ABŞ kəşfiyyatının məsuliyyət daşıdığı zonada baş verib. "RİA Novosti" xəbər verir ki, bunu sentyabrın 29-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live" proqramının efirində deyib. Onun sözlərinə görə, qaz kəmərlərində sızmalar Danimarka və İsveçin ticarət-iqtisadi zonasında baş verib və bu əraziyə “Amerikanın kəşfiyyat xidməti nəzarət edir”.  https://toplum.tv/dunya/putin-heqiqeten-nuve-silahindan-istifade-ede-bilermi Bundan əvvəlsə məlum olub ki, İsveç Sahil Mühafizəsi “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərində dördüncü qaz sızmasını aşkar edib. Dörd sızıntıdan ikisi İsveçin iqtisadi zonasında baş verib. "Svenska Dagbladet" nəşrinin yazdığına görə, indiyə qədərki  məlumatlar sızıntıya səbəbin təxribat olduğunu göstərir. “Şimal axını”...

Seçilmiş Videolar

Toplum TV loqo