Dünya

Qazaxıstan və Türkiyə hərbi əməkdaşlıq sazişi imzalayıb

11 May, 2022
1154

açıq mənbədən götürülüb

Qazaxıstan və Türkiyə hərbi əməkdaşlıq haqqında saziş imzalayıb.

“Azadlıq” radiosunun Qazaxıstan xidməti xəbər verir ki, saziş Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin Türkiyəyə səfəri zamanı imzalanıb. Hər iki ölkə arasında “Qazaxıstan və Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlığı tənzimləyən” bir sıra sənədlər imzalanıb. Qazaxıstan Müdafiə Nazirliyinin bəyanatında bu barədə məlumat verilsə də, təfərrüatlar açıqlanmayıb.

"İmzalanmış ümumi bəyannamə sayəsində tərəfdaşlığımızı yeni strateji səviyyəyə qaldırdıq. Türkiyə və Qazaxıstan iki qardaş ölkədir. Biz Türkiyə olaraq Qazaxıstanda sabitliyə və əmin-amanlığa böyük diqqət yetiririk", - Ərdoğan Tokayevlə görüşdən sonra deyib.

Prezidentlər həmçinin dar tərkibdə Ukraynadakı vəziyyəti müzakirə ediblər. "Ukraynanın suverenliyi və ərazi bütövlüyü əsasında böhranın sülh yolu ilə həlli yolunda fikirlərimiz üst-üstə düşür. Siz də bilirsiniz ki, biz əvvəldən Ukraynadakı müharibəni bitirmək üçün çalışırıq”, - deyə, Türkiyə Prezidenti qeyd edib.

Türkiyə Kiyev və Moskva arasında aparılan danışıqlarda vasitəçilərdən biridir. Qazaxıstan Ukraynanın işğalı zamanı Rusiyaya dəstək verməkdən imtina edib və mayın 9-da hakimiyyət Rusiyanın hərbi təcavüzü ilə əlaqəli olan Müqəddəs Georgi lentləri və Z hərfi kimi rus simvollarından istifadəni qadağan edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Rusiya XİN: Moskva Paşinyana cavab hazırlayır

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rəsmi Moskvanın yaxın vaxtlarda Ermənistan rəhbərliyinin son bəyanatları ilə bağlı müvafiq açıqlama verəcəyi gözlənilir. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-24” telekanalına müsahibəsində bildirib. Zaxarova Yerevanın rəsmi açıqlamalarını ikitərəfli münasibətlərin inkişafına zidd olduğunu qeyd edib. “Deyə bilərəm ki, Moskva Ermənistanın baş naziri və Yerevanın digər rəsmi nümayəndələri tərəfindən verilmiş reallığa uyğun gəlməyən bir sıra bəyanatlara diqqət edib və bu, ilk növbədə, ikitərəfli münasibətlərin inkişafına ziddir. Buna müfəssəl cavab yaxın gələcəkdə veriləcək, bir neçə dəqiqə ərzində Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı dərc olunacaq”, - Kreml rəsmisi vurğulayıb. https://toplum.tv/dunya/pabs-in-yuumlksekccedilinli-resmileri-yerevana-gelibp Xatırladaq ki,...
Dünya

ABŞ-nin yüksəkçinli rəsmiləri Yerevana gəlib

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) direktoru Samanta Pauer və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim Ermənistana səfər ediblər. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb. Səfirlik açıqlamasında, bu səfərin ABŞ-nin Ermənistanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə, demokratiyasına dəstəyini bir daha təsdiqlədiyinin ifadəsi olduğunu bəyan edib. Səfər   Vaşinqton rəsmilərinin gəlişi, həmçinin erməni sakinlərin Qarabağda son hərbi əməliyyatlar zamanı yaranmış humanitar ehtiyaclarının həll olunması üçün olduğu diqqətə çatdırlıb. https://toplum.tv/siyaset/pkreml-qarabagin-kime-malik-olmasi-meselesi-hell-olundup Səfirlik rəsmi Vaşinqtonun Qarabağdakı humanitar vəziyyətlə bağlı hesabatlardan dərin narahat olduğunu və Qarabağa beynəlxalq humanitar təşkilatlarının, habelə kommersiya...

Seçilmiş Videolar

Toplum TV loqo