Qazaxıstanda bazar günü keçirilən referendumda Konstitusiyaya düzəlişlərini ölkə vətəndaşlarının 77 faizindən çoxu dəstəkləyib.
"Radio Svoboda" xəbər verir ki, bu barədə iyunun 6-da Qazaxıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. İddiaya görə, seçkilərdə iştirak 68 faiz olub.
Dəyişikliklər Konstitusiyanın müddəalarının üçdə birinə təsir edəcək. Düzəlişlər qəbul olunarsa, Konstitusiya Məhkəməsi fəaliyyətini bərpa edəcək. İlk prezident Nursultan Nazarbayevin millətin lideri kimi, yəni "Elbaşı"ya aid bütün imtiyazları mətndən çıxarılacaq.
Yeni dəyişikliyə əsasən, prezidentin qohumlarının dövlət sektorunda rəhbər vəzifələr tutması qadağan ediləcək. Həmçinin prezidentin siyasi partiyalara üzv olması qadağan ediləcək. Senat yeni qanunlar qəbul etmək hüququnu itirəcək: o, parlamentin aşağı palatasının qanun layihələrini təsdiq edəcək və ya rədd edəcək, prezidentin təklif etdiyi əsas vəzifəli şəxsləri isə təsdiq edəcək.
Sənəddə partiyaların parlamentə daxil olması baryeri beş faizə endirilib, seçkilərdə iştirak etmək üçün partiyaların qeydiyyat proseduru sadələşdirilib. Partiya üzvü olmayan vətəndaşlara yenidən parlament və bələdiyyələrdə namizədlik irəli sürməyə icazə veriləcək. Parlament üzvlərinin 70 faizi proporsional, 30 faizi isə majoritar sistemlə seçilməlidir.
Bununla belə, bazar günü günortadan sonra referendum zamanı çoxsaylı qanun pozuntuları, o cümlədən bülletenlərin seçki qutularına doldurulması və müstəqil müşahidəçilərin seçki məntəqələrindən kənarlaşdırılması kimi halların qeydə alındığı bildirilib. Ölkə müxalifəti qeyd edir ki, seçicilərdən düzəlişlərin bütün paketinə səs vermələri xahiş olunub, onları ayırd etmələri üçün demək olar ki, vaxt olmayıb. “Azadlıq” radiosunun qazax xidməti xəbər verir ki, fəallar prezidenti səsverməni təxirə salmağa çağırıblar.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkədə qanlı etirazların yatırılmasından sonra ölkə Konstitusiyasında islahatların aparılmasını təklif etmişdi. Ekspertlər hazırkı referendumu Tokayevin ikinci prezidentliyə namizədliyinə hazırlıq kimi qiymətləndirirlər.
Qazaxıstanda ilkin olaraq yanacağın qiymətinin aşağı salınması tələbi ilə yanvarın 2-də kütləvi etirazlar başlayıb. Sonradan onlara siyasi tələblər də əlavə olunub. Məşhur şüar “Şal, ket!” idi - yəni, "Qoca, get!" - Nazarbayevin hakimiyyətdən getməsi tələbi. Bir sıra şəhərlərdə, ilk növbədə Almatıda etiraz aksiyaları fonunda silahlı iğtişaşlar və qırğınlar başlayıb. Tokayevin tələbi ilə Rusiya və onun müttəfiqlərinin qoşunları ölkəyə gətirilib.
Rəsmi məlumatlara görə, Qazaxıstanda yanvar hadisələrində 225 nəfər həlak olub ki, onların da böyük əksəriyyəti mülki şəxslərdir. Ümumilikdə, kütləvi etirazlar nəticəsində 13,500 nəfər saxlanılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür