Dünya

Qazaxıstandakı iğtişaşlar zamanı dəyən zərər açıqlandı

10 Yanvar, 2022
344

Açıq mənbələrdən götürülüb

Qazaxıstanda baş verən etiraz aksiyaları və iğtişaşlar zamanı dəyən zərər yanvarın 10-a kimi 215 milyon dollar təşkil edib. 

Bu barədə "RİA Novosti" sahibkarların “Atameken” milli palatasına istinadən xəbər verir.

Ölkənin doqquz regionunda 1319 biznes subyektinin zərər gördüyü aşkar olunub, onların da əksəriyyəti Almatıdadır. Ən çox zərər görən sahə ticarətdir – 1245. Bundan əlavə, maliyyə sektoru, ictimai iaşə, logistika və KİV də zərər görüb.

Ölkənin dövlət katibi Erlan Karin daha əvvəl hadisələri “hibrid terror hücumu” kimi dəyərləndirib. Onun sözlərinə görə, “yaraqlı”ların məqsədi “vəziyyətin ümumi destabilizasiyası və ola bilsin, dövlət çevrilişi” olub. Karin bildirib ki, iğtişaşlar zamanı vəziyyət kritik olub, söhbət “dövlətin bütünlüyünü qorumaqdan” gedib.

Daxili işlər nazirinin müavini və Milli qvardiyanın baş komandanı Ruslan Jaksılıkov tabeçiliyində olan 400-ə yaxın qvardiyaçının yaralandığını açıqlayıb. Bundan əlavə, Milli qvardiyanın 90 ədəd hərbi texnikasına da ziyan dəyib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo