Açıq mənbələrdən götürülüb
Qazaxıstanın Baş naziri Əlixan Smaylov kabinetin ilk iclasında hökumətin qarşısında duran vəzifələri açıqlayıb.
Bu barədə "RİA Novosti" xəbər verir.
Smaylov bildirib ki, yeni hökumət prezidentin tapşırıqlarını yerinə yetirmək üçün var gücü ilə çalşmalıdır. Bu tapşırıqlara əhalinin həyat səviyyəsinin yüksəltmək, isqtisadi artımı saxlamaq, pandemiyaya qarşı tədbirlər, “terrorçular”ın vurduğu böyük zərəri ortadan qaldırmaq və ölkəni böhrandan çıxarmaq daxildir.
Yeni Baş nazir tapşırıqların mürəkkəb və böyük miqyaslı olduğunu söyləyib: “Bizim işimizdən real nəticələr gözləyirlər”.
Smaylov Rusiyanın Baş naziri Mixail Mişutinlə telefon danışığında Moskva ilə strateji əməkdaşlıq kursu haqqında danışıb: “Qazaxıstan hökuməti Rusiya Federasiyası ilə strateji əməkdaşlığın dərinləşdirilməsi kursunun qatı tərəfdarı olaraq qalmaqdadır”.
Qazaxıstanda baş verən kütləvi etirazlar fonunda Prezident Qasım-Comart Tokayev yanvarın 5-də hökuməti istefaya göndərmiş, Baş nazirin müavini olan Əlixan Smaylovu baş nazir səlahiyyətlərinin icraçısı təyin etmişdi. Sonradan o, rəsmi Baş nazir postuna təsdiqlənib.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir