Dünya

Qərb Ukraynaya daha 1,5 milyard avroluq hərbi yardım göstərəcək

12 Avqust, 2022
190

Açıq mənbələrdən götürülüb

Qərb ölkələri Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanın hərbi ehtiyacları üçün bir milyard yarım avrodan çox vəsait ayırmağa söz verib. 

"Radio Svoboda" xəbər verir ki, bu barədə avqustun 12-də Kopenhagendə 26 ölkənin müdafiə nazirlərinin konfransında bildirilib.

Bu vəsaitdən silah, raket və sursatların tədarükü, Ukrayna üçün silah istehsalının artırılması, ukraynalı əsgərlərin təlimi və Ukraynanın müharibə gedən ərazilərində minaların təmizlənməsi üçün istifadə olunacaq.

https://toplum.tv/dunya/ukrayna-krimi-vurdu-rusiyanin-reaksiyasi-nece-olacaq

Ukrayna Prezidenti Vladimir Zelenski videobağlantı vasitəsilə Qərb müttəfiqlərindən daha çox maliyyə vəsaiti və silah-sursat istəyib. "Rusiyanı nə qədər tez dayandırsaq, özümüzü bir o qədər tez təhlükəsiz hiss edəcəyik. Müdafiəmiz üçün silah-sursat lazımdır", - deyə Zelenski bildirib.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov isə jurnalistlərə bildirib ki, qırıcı təyyarələrin tədarükü ölkə üçün prioritet məsələdir. Bununla belə, müttəfiqlər hələ ki, Kiyevə döyüş təyyarələri göndərmək qərarına gəlməyiblər, lakin onlar başqa silah növlərini tədarük etmək niyyətindədirlər.

Polşa, Slovakiya və Çexiyanın müdafiə nazirləri Ukrayna üçün artilleriya sistemləri, sursat və digər hərbi texnikanın istehsalını genişləndirməyə hazır olduqlarını bildiriblər.

Böyük Britaniya çoxsaylı reaktiv yaylım atəşi sistemləri və 80 kilometrə qədər məsafədəki hədəfləri vura bilən M31A1 dəqiq idarə olunan raketlər də daxil olmaqla əlavə 300 milyon avro ayırmağı vəd edib.

Birgə bəyanatda konfransda iştirak edən ölkələr Ukraynaya daimi və davamlı hərbi dəstək verməyə söz veriblər.

Dünya

İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

7 Oktyabr 2022

Sosial Media

İran Ədliyyə Xidməti Məhsa Əmininin ölümünün beyin hipoksiyasına görə olduğunu müəyyən edib. Bu barədə "Reuters" xəbər yayıb.  Məhsa Əmininin tibbi ekspertizasında onun ölümünün "baş və həyati orqanlara vurulan zərbələrlə əlaqədar olmadığı" bildirilib. https://toplum.tv/dunya/xameneyi-irandaki-etirazlarin-arxasinda-abs-ve-sionistler-dayanir Məhkəmə-tibbi ekspertləri bildirib ki, Əmini 8 yaşında olarkən beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: “Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirib. Və bundan sonra onun orqanizminin vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti olmayıb”. 22 yaşlı Əmininin İran əxlaq polisinin nəzarətində olarkən ölməsi ölkədə iki həftədən çox davam edən kütləvi etirazlara səbəb olub. Atası onun ayaqlarında qançırlar olduğunu və onun...
Dünya

Nobel Sülh Mükafatının qalibləri bəlli oldu 

7 Oktyabr 2022

Rəsmi səhifə

Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı, belarus hüquq müdafiəçisi Ales Byalyatski və Ukraynanın “Mülki Azadlıqlar Mərkəzi” hüquq müdafiə təşkilatı Nobel Sülh Mükafatına layiq görülüblər.  Bu barədə oktyabrın 7-də Nobel Komitəsi məlumat yayıb.  Nobel Sülh Mükafatı 1901-ci ildən "sülhün möhkəmlənməsinə görkəmli töhfəsinə görə" verilir. 120 il ərzində 109 fiziki şəxsə və 25 təşkilat mükafata layiq görülüb. Laureatlar arasında ən gənc mükafatçı, 2014-cü ildə mükafatı alan 17 yaşlı pakistanlı hüquq müdafiəçisi Malala Yusufzai də daxil olmaqla 18 qadın var. Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə Nobel Sülh Mükafatına layiq görülüb. https://toplum.tv/dunya/putin-kadirova-general-polkovnik-rutbesi-verdi Nobel Sülh Mükafatının tarixi ərzində SSRİ və Rusiyanın üç vətəndaşı laureat olub:...

Seçilmiş Videolar

Toplum TV loqo