Dünya

Qırğızıstan-Tacikistan sərhədində toqquşma: həlak olanlar var

28 Yanvar, 2022
165

TASS

Qırğızıstan və Tacikistan sərhədində baş verən konfliktdə ölənlərin sayı iki nəfərə çatıb.

Bu haqda “Sputnik Tacikistan” məlumat yayıb.

Tacikistanın Sərhəd qoşunlarının mətbuat xidməti bildirib ki, insanları sərhədyanı kənddən çıxarmağa çalışarkən təcili yardım maşınının 62 yaşlı sürücüsü Əbdüllətif Şaripov qırğız tərəfdən açılan minaatan zərbəsi nəticəsində həlak olub.

Qırğızıstan tərəfindən atılan mərminin həyətində partlaması nəticəsində 1986-cı il təvəllüdlü bir sakinin həlak olması daha əvvəl xəbər verilirdi.

Mətbuat xidmətindən bildiriblər ki, konflikt nəticəsində Tacikistan tərəfdə altı hərbçi və dörd mülki şəxs yaralanıb. Qırğızıstan tərəfdə isə 11 hərbçinin yaralandığı bildirilir.

İki respublikanın sərhədində atışma dünən başlayıb. Tərəflər münaqişənin başlamasında bir birlərini günahlandırıblar. Daha sonra atəşkəs barədə razılıq əldə olunub.

Ötən il aprelin sonlarında baş verən toqquşma tam miqyaslı döyüş şəklini almışdı. Nəticədə onlarla adam həlak olmuşdu. İki respublika arasında supaylayıcı məntəqə üzündən ərazi mübahisəsi mövcuddur.

Dünya

Peskov: Dost olmayan ölkələri düşmən adlandırmağın vaxtı çatıb

17 May 2022

Reuters

Amerika Birləşmiş Ştatları Rusiyaya qarşı düşmən dövlətə çevrilib. “TASS” xəbər verir ki, bunu mayın 17-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, artıq dost olmayan ölkələri düşmən adlandırmağın vaxtı çatıb: “Bəli, biz hələ də yumşaq şəkildə onları dost olmayan dövlətlər adlandırırıq. Mən deyərdim ki, bunlar artıq düşmən dövlətlərdir, çünki onların etdiklərinin bir adı var - müharibə”. Peskov çıxışı zamanı onu da qeyd edib ki, dövlət öz maraqlarını müdafiə edərkən bütövlük nümayiş etdirməyəndə suverenliyini itirir. Mart ayında rəsmi Moskva Rusiya şirkətlərinə və vətəndaşlarına qarşı yönəlmiş dövlətlərin siyahısını əks etdirən fərman imzalayıb. Təsdiq edilmiş siyahıya ABŞ, Kanada və Avropa...
Dünya

İsveç 200 illik neytrallıq siyasətini pozaraq NATO-ya müraciət edib

17 May 2022

EPA/EFE

İsveçin xarici işlər naziri Ann Linde ölkəsinin NATO-ya üzv olması üçün ərizə imzalayıb. Məlumatı mayın 17-də İsveçin ictimai yayım şirkəti “Sveriges Television” yayıb. Mayın 16-da İsveç hökuməti alyansa üzvlüklə bağlı yekun qərarını açıqlayıb. Beləliklə, o, 200 il davam edən neytral ölkə siyasətinə son qoyub. Baş nazir Magdalena Anderson “Ölkənin üzvlüklə gələn təhlükəsizlik zəmanətlərinə ehtiyacı var" deyib. Baş nazir bu qərarı təhlükəsizlik siyasətində tarixi dəyişiklik adlandırıb. Sözügedən qərar Rusiyanın Ukraynaya müdaxiləsi fonunda verilib. Üzvlük ərizəsi bütün NATO ölkələri tərəfindən təsdiqlənməlidir. Əvvəllər bunun daha operativ şəkildə baş tutacağı güman edilirdi. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu qərarın “əleyhinə” səs verəcəyini...

Seçilmiş Videolar

Toplum TV loqo