Açıq mənbələrdən götürülüb
Qırğızıstanın Baş prokurorluğu Tacikistanı iki ölkə sərhədindəki hərbi münaqişə zamanı beynəlxalq sazişləri pozmaqda ittiham edib.
Bu barədə TASS Qırğızıstanın Baş prokurorluğuna istinadən məlumat yayıb.
Prokurorluq bəyan edib ki, 29 apreldə Batken mahalında bandit qruplaşmaları və Tacikistan qoşunları "bilərəkdən Qırğızıstan Respublikasının sərhədinə hücum ediblər", hücum faktları və "digər cinayətlər"lə bağlı prokurorluqda cinayət işi açılıb.
Bildirilir ki, hücum mülki əhaliyə qarşı avtomat, minaatan, döyüş helikopteri, ağır zirehli texnika, artilleriya heyəti və digər silah növlərinin tətbiqi ilə həyata keçirilib.
Prokurorluğun məlumatına görə, bununla Tacikistan BMT-nin 1976-cı il Ümumi İnsan Hüquqları bəyannaməsinin tələblərini, 1991-ci ildə MDB-nin yaradılması haqqında razılaşmanı, 1991-ci ildə imzalanan Alma-Ata bəyannaməsinin, 1994-cü ildə imzalanan suverenliyə, ərazi bütövlüyünə və MDB dövlətlərinin sərhədlərinin toxunulmazlığına dair Moskva bəyannaməsinin şərtlərini, həmçinin Qırğızıstan və Tacikistan Respublikası arasında 1996-cı ilin dövlətlərarası münasibətlərinin əsasları haqqındakı müqavilələri pozub.
Faktla bağlı araşdırmaların davam etdirildiyi bildirilib.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb