Dünya

Qırğızıstan Türkiyəyə nota verdi

6 İyul, 2021
849

Açıq mənbələrdən götürülüb

Qırğızıstanın Xarici İşlər Nazirliyi Türkiyə səfirinə etiraz notası təqdim edib. 

"İnterfaks"-ın iyulun 6-da verdiyi məlumata görə, Qırğızıstan XİN bir ay əvvəl Bişkekdə yoxa çıxan Qırğızıstan vətəndaşının oğurlanaraq Türkiyəyə aparılmasından narazı qalıb. 

XİN Orhan İnandının geri qaytarılmasını tələb edib və onun hüquqlarını, qanuni maraqlarını müdafiə etmək üçün hər şeyi edəcəyinə söz verib. Türkiyə səfiri isə öz növbəsində bildirib ki, İnandı Türkiyə vətəndaşıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vətəndaşlara telemüraciətində "terrorçu İnandının ölkənin xüsusi orqanları tərəfindən" ələ keçirildiyini deyib. 

Türk əsilli Orhan İnandı "Sebat" məktəblər şəbəkəsinin "Atatürk-Ala-Too" universitetinin təsisçisidir. 2012-ci ildə ildə ona Qırğızıstan vətəndaşlığı verilib. 2016-cı ildə Türkiyədə dövlət çevrilişi cəhdi olub. Hökumət çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan din xadimi Fətullah Gülənin olduğunu və Gülən fondunun iştirakıyla bir çox ölkələrdə açılan "Sebat" məktəblərinin təhlükəsizlik üçün təhdid olduğunu bəyan edib. 

Bu ilin iyununda qırğız KİV-ləri İnandının qohumlarının onun yoxa çıxması barədə polisə müraciət etdiyini bildirmişdi. Prezident Sadıq Japarov onun yerinin müəyyən olunması üçün göstəriş vermişdi. 

Bildirilir ki, rəsmi Ankara Bişkekdə İnandının saxlanılması üçün aparılan əməliyyat apararkən Qırğızıstan hökumətini məlumatlandırmayıb.

Dünya

Rusiya Xarkov Universitetini raketlə vurub

6 İyul 2022
İyulun 6-da gecə saatlarında Rusiya ordusunun Xarkovun Osnovyanski rayonlarına və Kiyev vilayətinə raket zərbəsi endirdiyi bildirilir.  Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov “Telegram”da məlumat yayıb. O, Novobavarskoyedə binaların bir hissəsinin dağıdıldığını qeyd edib. Oleq Sinegubov bildirib ki, raket zərbələri Xarkov Universitetini də dağıdıb: “Kiyev vilayətinə raket hücumu nəticəsində ali təhsil müəssisəsinin binası da dağıdılıb”. Oleq Sinegubov yaşayış binaları, açıq sahələr və buğda tarlasının yandığını əlavə edib.
Dünya

Ukraynada Kommunist Partiyasının fəaliyyəti qadağan edildi

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Lvov Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi “Xoşbəxt Ukrayna” siyasi partiyasının və Ukrayna Kommunist Partiyasının fəaliyyətini qadağan edib. Bu barədə iyulun 5-də «Ukrainskaya Pravda» nəşri məlumat yayıb.  Lvov məhkəməsi hər iki partiyanın qadağan edilməsi ilə bağlı Ukrayna Ədliyyə Nazirliyinin iddialarını təmin edib.  https://toplum.tv/dunya/ukrayna-ruslar-ucun-viza-tetbiq-etdi “Xoşbəxt Ukrayna” - Rusiyaya qaçan Viktor Yanukoviç hökumətinin keçmiş gəlirlər və rüsumlar naziri Aleksandr Klimenkonun siyasi layihəsi hesab edilirdi. Məhkəmə qərarından bir neçə gün əvvəl partiyanın adı dəyişdirilmişdi: əvvəllər o, "Uğurlu Ukrayna" adlanırdı. Ukrayna Kommunist Partiyası isə Petro Simonenkonun ideya məhsuludur. Bu partiya hələ 2015-ci ilin dekabrında Kiyev Rayon İnzibati Məhkəməsi tərəfindən qadağan edilib, amma məhkəmə dartışması səbəbindən mövcudluğunu...

Seçilmiş Videolar

Toplum TV loqo