Açıq mənbələrdən götürülüb
Qırğızıstanın sabiq prezidentləri Əskər Akayev və Qurmanbek Bakiyev barəsində axtarış elan edilib.
"RIA Novosti"-nin iyulun 8-də verdiyi məlumata görə, sabiq prezidentlər Kutmor qızıl yatağının istismarında korrupsiya əməllərinə yol verməkdə ittiham olunurlar.
"1992-1994-cü illərdə qızıl yatağının istismarı barədə Kanada şirkətiylə saziş imzalanıb, Akayev burada vəzifə səlahiyyətlərindən sui-istifadə etmək barəsində açılan cinayət işinə cəlb edilib, onun barəsində axtarış edlan edilib", - deyə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçıbek Toşiyev qeyd edib.
Analoji ittihamlar sonrakı illərdə növbəti sazişlər imzalanan zaman hakimiyyət başında olan Qurmanbek Bakiyevə də ünvanlanıb.
İstintaq həmçinin eyni qaydada sonrakı prezidentlər Almazbek Atambayevin və Soronbay Jeenbekovun rol oynayıb-oynamadığını müəyyənləşdirməyə çalışır.
"Əgər bu müəyyən olunsa, onlar da məsuliyyətə cəlb olunacaqlar", - deyə Toşiyev vurğulayıb.
Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi Kutmor qızıl yatağının istismarı üçün Kanada şirkətiylə imzalanan sazişin ölkənin maraqlarına cavab verməyini bəyan edib.
Rəsmi səhifə
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb