Dünya

Qırğızıstanla Tacikistan nəyi bölə bilmir?

Nigar Səmədli
30 Aprel, 2021
194

The defence Post

“Sovet dönəmində aparılan ayrı-seçkilik siyasəti, hətta bir ölkə daxilindəki bölgələr arasında qondarma sərhədlərin təyin olunması bu cür problemlərin hələ də davam etməsinə səbəb olub. Bir ölkə müəyyən zaman hansısa bölgəni öz torpağı olaraq gördüyü halda, bir müddət sonra sərhədlər Moskvadan dəyişdirilə bilirdi”.

Bunu “Habertürk”ün yazarı, professor Kürşad Zorlu yazıb.

Tacikistan sərhədçiləri ilə Qırğızıstan vətəndaşları arasında aprelin 30-u səhər saatlarında münaqişə yaşanıb.

"RİA Novosti"nin aprelin 30-da verdiyi xəbərə görə, baş vermiş münaqişədə ölənlərin sayı 20 nəfərə çatıb, ümumilikdə isə hər iki tərəfdən 150 nəfər xəsarət alıb.

Müəllif “İllərin problemi münaqişəyə çevrildi: Qırğızıstan-Tacikistan arasında nə baş verir?” adlı köşə yazısında qeyd edib ki, münaqişənin baş verdiyi Göy Daşda (Kok Taş) su anbarına bağlı önəmli bir su ehtiyatı var. 

Qırğızıstan tərəfi iddia edir ki, insident həmin su hövzəsi ərazisinin Tacikistan tərəfindən atəşə tutulması nəticəsində başlayıb. 

Tacikistanın sərhəd nəzarətçiləri ərazidəki elektrik dirəyinə müşahidə məqsədilə iki ədəd kamera yerləşdirmək istəyib. Qırğız nəzarətçilər isə buranın onların torpaqları olduğunu deyərək icazə verməyiblər. Nəticədə sərhəddəki iki kəndin sakinləri arasında münaqişə baş verib. 

Sözügedən bölgədə daha əvvəl də çoxsaylı münaqişə qeydə alınıb. Qırğızıstan və Tacikistan arasındakı 970 km-lik sərhəddin yarısından çoxu hələ də problemli ərazi olaraq qalır, hətta Qırğızıstan aprelin əvvələrində ölkənin cənubunda iki min əsgərin qatıldığı “Təhlükəsizlik-2021” hərbi təlim-məşq toplantısı keçirib.

Kürşad Zorlu - Sosial Media


 
K.Zorlunun fikrincə, Mərkəzi Asiya ölkələrindəki bənzər problemlər SSRİ dövründən qalıb: “Sovet dönəmində aparılan ayrı-seçkilik siyasəti, hətta bir ölkədəki bölgələr arasında saxta sərhədlərin təyin olunması bu cür problemlərin hələ də davam etməsinə səbəb olub. Bir ölkə müəyyən zaman hansısa bölgəni öz torpağı olaraq gördüyü halda başqa bir zaman sərhədlər Moskvadan dəyişdirilə bilirdi”.

Yazıda bildirilir ki, hadisənin baş verdiyi Fərqanə vadisində 1920-1980-cı illər arasında sərhədlər 80 dəfədən daha çox dəyişdirilib. Eyni zamanda, 1929-cu ildə Özbəkistanın Xocənd bölgəsinin adı dəyişdirilərək Tacikistana verilib, amma bir müddət sonra həmin bölgənin bir hissəsi yenidən Özbəkistana qaytarılıb. 

Digər problem isə SSRİ-dən qalan, tamamilə başqa bir ölkənin sərhədləri daxilində yer alan ərazi mənasına  gələn anklavlardır. Hazırda Qırğızıstan və Tacikistan arasındakı anklavların böyük hissəsi indiki Qırğızıstanın sərhədlərinə daxildir. Bu durum yol keçidlərindən istifadəni də hər zaman münaqişə yarada biləcək problem kimi saxlayır. 

Müəllif qeyd edir ki, ölkələr arasında bu problemin çözülməsi üçün müxtəlif təşəbbüslər göstərilsə də, keçirilən görüşlərdə sərhədlə bağlı problemlərin konkret bir nəticəsi olmur: 

"Hələ aprelin 24-də hər üç ölkənin ərazilərinin kəsişdiyi əyalətlərin valiləri arasında Özbəkistanda görüş keçirilib. Dünənki hadisənin baş verdiyi Batken əyalətinin valisi də orada olub".

Açıq mənbələrdən götürülüb

Bildirilir ki, Qırğızıstan münaqişə ilə əlaqədar 13.5 min nəfər vətəndaşını bölgədən evakuasiya edib.

Ötən axşam iki ölkənin xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər.

Razılığa əsasən hər iki tərəfin silahlı qüvvələri əvvəlki yerlərinə qayıdacaq və aprelin 30-da yerli vaxtla saat 20.00-dan etibarən atəşkəs qüvvəyə minəcək.  Həmçinin tərəflər ərazidə monitorinq aparmaq barədə də razılaşma əldə ediblər.

Dünya

BMT Təhlükəsizlik Şurası Qüds məsələsində razılığa gələ bilmir

17 May 2021

Sosial Media

BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin arasında münaqişənin kəskinləşməsi barədə bəyanatını üçüncü dəfə razılaşdıra bilməyib.  Bu barədə mayın 17-də “The Times of Israel” diplomatik mənbələrinə istinadən xəbər verib. Bildirilir ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin vahid nəticəyə gəlməməsinə səbəb ABŞ-ın mövqeyi olub. Diplomatların sözlərinə görə, Birləşmiş Ştatların təmsilçiləri özlərinin “diplomatik səyləri üçün bir qədər vaxt” istəyiblər.  Məlumata görə, məsələ ətrafında danışıqlar hələ davam edir. Fələstinə bağlı təşkilatlar mayın 10-dan başlayaraq İsraili güclü raket atəşinə tuturlar. İsrail ordusu buna cavab olaraq ehtiyatda olan beş min hərbçisini səfərbər edib və “Divar keşikçiləri” adlı əməliyyat keçirib.  Mayın 16-na olan məlumata görə, Fələstin-İsrail münaqişəsi qızışandan...
Dünya

Gürcüstan daxili işlər naziri böhranı həll etmək üçün Dmanisiyə yollandı

17 May 2021

Sputnik

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri azərbaycanlılarla svanlar arasında qarşıdurmanın baş verdiyi Dmanisi şəhərinə gəlib. Bu barədə mayın 18-də "Sputnik Gürcüstan" məlumat verib.  Məsələ ilə əlaqədar açıqlama verən Qomelauri bildirib ki, vəziyyət gözlənilmədən nəzarətdən çıxıb, ona görə də polisin səyləri nəticə verməyib.  "İnsanlar çox tez toplandılar və qısa zamanda xaotik vəziyyət yarandı. Bölgəyə əlavə qüvvələr cəlb edilmişdi, amma bu da kifayət etmədi. Təəssüf ki, bu qədər böyük kütlə idarə oluna bilmədi və Dmanisiyə əlavə qüvvələr göndərildi. Ona görə də insanları və bu qarşıdurmanı vaxtında dayandırmaq mümkün olmadı. Etnik azərbaycanlılar bizim vətəndaşlarımızdır, Azərbaycan strateji tərəfdaşımız, qonşumuz, müttəfiqimiz, dostumuzdur. Bunun etnik bir...
Seçilmiş Videolar