“Qorxmaq üçün artıq gecdir” - Rusiyada qadınlar müharibəyə qarşı təşkilatlanır
Açıq mənbələrdən götürülüb
Müharibəyə qarşı aksiya
"Paperpaper.ru" saytında rus qadınlarının Ukraynadakı müharibəyə qarşı necə təşkilatlandıqları və necə fəaliyyət göstərdikləri barədə material yayımlanıb. Toplum TV materialı azərbaycan dilində oxuculara təqdim edir.
Peterburqda iki gün “Ana və həyat yoldaşları şurası”nın piketləri keçirildi. Belqorod vilayətinə göndərilən həqiqi hərbi xidmət keçənlərin və səfərbər olunanların qadın qohumlarının yaratdıqları təşkilat belə adlanır.
Şuranın 20-dən çox fəalı hərbçilərə öz tələblərini təqdim etmək üçün noyabrın 14-də Qərb hərbi dairəsinin (QHD) Peterburqdakı qərargahına gəliblər. Tələblər belədir:
Ukrayna ilə danışıqlara başlamaq;
Nüvə silahının tətbiqindən imtina etmək;
Həqiqi xidmət keçənləri Belqorod vilayətindən çıxarmaq;
Həqiqi xidmət keçənlərin hərbi əməliyyatlar zonasına göndərilməsi və qanunsuz çağırış hallarının araşdırılması.
Polis nə piketdə iştirak edən, nə də hərbi dairənin qərargahına keçməyə çalışan qadınlardan kimisini saxladı.
Ana və həyat yoldaşları şurasının yaranması barədə
“Ana və həyat yoldaşları şurası” necə yaranıb? Üzvləri kimdir? “Bumaqa” yeni hərəkatın və onun üç fəal üzvünün tarixçəsini danışır.
Samaralı Olqa Tsukanovanın 20 yaşlı oğlunu 2022-ci ilin iyununda həqiqi hərbi xidmətə çağırıblar. “Biz başqaları kimi onun üçün pulla hərbi bilet almadıq. O, hər şeyin qanunla olmasını istəyirdi”, - ana danışır.
https://toplum.tv/dunya/duqin-onu-kremlin-beyni-adlandirirlar-putine-tesiri-ne-vaxtdan-baslayib
Oğlu iyulun 31-də hərbi and içdi, Həştərxan vilayətində baş tutan mərasimdə Olqa da var idi və xatırlayır ki, həmin gün hərbi hissə rəhbərliyi valideynləri övladları Ukraynaya göndərilməyəcək deyə əmin etdi.
Artıq avqustda, andiçmədən heç bir ay keçməmiş onu “könüllü” müqavilə imzalamağa sövq etməyə başladılar: aşkarca deyirdilər ki, xüsusi əməliyyatda iştirak etməsi üçün. Oğlum imtina edirdi, elə mən də hissəyə zəng etməyə başladım. Onu bir müddət sakit buraxdılar, sentyabrda hər şey yenidən başladı. Mən öyrəndim ki, onu Ukraynaya göndərməyə hazırlaşırlar.
Olqa Tsukanovanın sözlərinə görə, indi oğlu ilə əlaqəsi yoxdur. O, oğlunun və digər əsgərlərin müqavilə imzalamaq üçün təzyiqə məruz qalmasından şübhələnir.
Tsukanova sentyabrın 23-də “Vkontakte” səhifəsində əsgər analarına və həyat yoldaşlarına müraciət ünvanlayaraq ordudakı pozuntularla bağlı Müdafiə Nazirliyindən və prokurorluqdan reaksiyaya nail olmaq üçün birləşməyə çağırdı. Sentyabrın 28-də təşkilat yarandı.
Mən Peterburqa Şuranın adından gəldim ki, yazılı tələblərimizi Hərbi prokurorluğa və QHD-nin qərargahına təqdim edək. Biz bütün bu fəlakətlərin aradan qaldırılması üçün Rusiya və Ukrayna arasında sülh danışıqları tələb edirik. Hələ noyabrın əvvəllərində biz belə müraciətləri Moskvaya, Müdafiə Nazirliyinə və prezidentin qəbul şöbəsinə göndərmişik və aparmışıq.
Tsukanovanın rəhbərlik etdiyi Şura hər şəhərdə ictimai nəzarət orqanı kimi əsgər anaları şuralarının yaranmasını təklif edir. Bu təşkilatlar pozuntuları təsbit edəcəklər, səfərbər olunanların necə hazırlıq keçdiklərini və nə qədər keyfiyyətli təchiz olunduqlarını yoxlayacaqlar.
“Mən inanıram ki, əgər qadınlar nəzarət etsələr, bizim Müdafiə Nazirliyindən 1,5 milyonluq geyim dəsti yoxa çıxmaz. Onlar hara yoxa çıxır ki? Çox güman, mağazalarda peyda olur, sonra da səfərbər olunanlar özləri alırlar”, - Tsukanova deyir.
Kim Şuraya nə üçün qoşulub?
Olqa oktyabrın 14-də QHD qərargahının yerləşdiyi Peterburqa gəlib. Rusiyanın müxtəlif şəhərlərindən də 20 qadın gəlib. Onlardan biri Zinaida Kurbatovadır.
Zinaidanın oğlu Aleksey Kurbatov 2011-ci ildə rabitə qoşunlarında minik avtomobilinin sürücüsü kimi xidmət edib. Sentyabrın 21-də, səfərbərliyin birinci günü Alekseyi çağırıblar. Anasının sözlərinə görə, səfərbərliyə düşməyən hərbi-qeydiyyat ixtisasını sadəcə dəyişiblər, atıcı yazıblar.
Zinaida iddia edir ki, oğlu nə tibbi komissiyadan, nə də təlimdən keçib. Voronej vilayətindəki hərbi hissədə iki gün vaxt keçirəndən sonra Belqorod vilayətinə, oradan da ön cəbhəyə, Kupyansk ətrafına göndəriblər.
Ailə ərizə ilə hərbi prokurorluğa müraciət edib. Orada gözləmələrini tapşırıblar. Səfərbərlikdən səkkiz gün sonra isə Aleksey həlak olub.
Sentyabrın 29-da ölüb. Orada olan yoldaşları xəbər veriblər. Rəsmi məlumat isə bir neçə həftədən sonra verildi. Şəhadətnamədə ölüm tarixi oktyabrın 5-i göstərilir.
Zinaida oğlunun ölüm xəbərindən sonra Olqa Tsukanovanın müsahibəsini görüb, “Analar və həyat yoldaşları şurasının” teleqram kanalını taparaq əməkdaşlıq etmək istədiyini yazıb.
Noyabrın 12-də Şuradan mənə zəng etdilər və dedilər ki, Peterburqa, QHD qərargahına və Hərbi prokurorluğa getmək istəyirlər. Mən də qoşulmaq qərarına gəldim, Voronej vilayəti də QHD-yə aiddir axı. Tələsik yığışdım və bazar günü çıxdım ki, sabahısı burada olum. Elə bilirəm, biz Müdafiə Nazirliyini öz yanlışlarına diqqət ayırmağa məcbur edəcək qüvvə ola bilərik. Bizim övladlarımızın həyatı bahasına başa gələn yanlışlarına.
Təşkilatın samaralı digər fəalı Svetlana Belovanın ailəsinə müharibə toxunmayıb – onun doğmaları “xüsusi əməliyyat”da iştirak etmirlər. Dediyinə görə, Şuraya ona görə qoşulub ki, səfərbərliyin davam edəcəyindən qorxur. O zaman müharibə hamıya, eləcə də onun ailəsinə toxunacaq.
Noyabrın əvvəllərində Belova Moskvada ərizə verilməsində iştirak edib. Qeyd edir ki, orada Şuranın nümayəndələrini dərhal olmasa da, Müdafiə Nazirliyinin qəbuluna buraxıblar. Peterburqdakı qərargaha girmək üçün iki gün lazım gəlib.
Danışıqlar və piketlərə başlamaq qərarı
Noyabrın 14-də qadınları QHD qərargahının Saray meydanındakı binasına buraxmayıblar. Mühafizəçilər onların dağılışmasını istəyib. Fəallar imtina etdikdə əvvəlcə avtomatlı əsgərlər, sonra da polislər gəlib.
Olqa Tsukanova: “Birinci gün QHD-nin binasından danışa bildiyimiz yeganə adam mülki geyimdə olan kişi idi. Özünü təqdim etmədi. Biz sonra öyrəndik ki, vətəndaşların müraciətləri ilə iş üzrə şöbənin müdiri Vyaçeslav Melnik imiş. Bizim çəkiliş apardığımızı görəndə qorxuya düşdü, sonra bizi hansısa tağın altına apardı və telefonlarımızı verməyi tələb etdi”.
Qərargah nümayəndələri qadınlara pozuntulardan bəhs edən, sülh danışıqları və həqiqi hərbi xidmət keçənlərin Belqorod vilayətindən uzaqlaşdırılmasını tələb edən kağız-kuğuzlarını götürməyi və rəhbərliyə göndərməyi təklif ediblər.
Onlar kağız-kuğuz deyil, insan həyatıdırlar. Qadınlar var, düşünürlər ki, sorğu göndərəcəklər, onlara cavab veriləcək və problem həll olunacaq. Elə deyil. Ona görə də biz QHD qərargahı ilə üz-üzə görüş istəyirik. Qorxmaq lazım deyil, artıq qorxmaq üçün gecdir. Çünki indi bizim doğmalarımızın həyatı təhlükədədir. Ərini, ya da oğlunu itirməkdən pis daha nə ola bilər? – Tsukanova soruşur.
Qərargah rəhbərliyinin qəbuluna düşməyəndə iki qadın növbə ilə Saray mehdanında və Neva prospektində yalqız piket keçiriblər. “Həqiqi xidmətdə olanlar Belqorod sərhədində yaralanırlar və həlak olurlar! Labutin [QHD hərbi prokuroru] istintaq apar!” – Tomskdan olan fəalın plakatında yazılırdı. O deyir ki, 20 yaşlı qohumunu iyunda həqiqi hərbi xidmətə çağırıblar.
https://toplum.tv/dunya/tiraniyada-azad-senetkar-mifi
İkinci gün bir neçə qadın qərargaha keçə bilib. Hərbi məmur ilə danışmaq üçün bir neçə saat soyuqda dayanıblar. Svetlana Belova bunu belə təsvir edir: “Dünən sözün həqiqi mənasında bizdən qaçan kişi qəbul edəcəyini söylədi. Onun qəbuluna düşmək üçün qarovulun durduğu qapıdan keçmək lazımdır. Həmin qarovul da qapını üzümüzə bağlayır. Biz [Vyaçeslav Melnikə] zəng edirik, o dəstəyi qaldırmır. Axırda qapı açılanda qadınlardan biri ayağını qoydu və dedi ki, qəbul edilməyənə qədər çəkilməyəcək. Yalnız o zaman bizi bir-bir buraxmağa başladılar.
Vətəndaşların müraciətləri ilə iş üzrə şöbənin müdiri Vyaçeslav Melnikin qəbuluna oğlu ölən Zinaida Kurbatova da düşüb.
Mən səfərbər olunanların hazırlıqsız [cəbhəyə] göndərilmələri barədə cinayət işinin açılmasını tələb edirdim. Həm oğlumun işi üzrə, həm də buna bənzər digərlərinin işi üzrə. Melnik qulaq asdı, mədəni, korrekt danışırdı, ərizəni də qəbul etdi. Söhbətə görə ona minnətdaram. 30 gün ərzində cavab verməyi vəd ediblər, daha bir ay uzadılması mümkündür, amma Melnik dedi ki, elə olarsa, xəbərdar edəcək, - Zinaida deyir.
Belova isə deyir ki, Peterburqa gələnlərin çoxu daha əvvəl QHD qərargahına yazılı müraciətlər göndərmişdilər. Amma iki ay və daha artıq müddətdə cavab almayıblar.
İndi məmurlar informasiyanı yoxlamaq üçün bir ay vaxt götürürlər. Belova hesab edir ki, əsgərlərin bu qədər vaxtı yoxdur.
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?