Dünya

Ramzan Kadırov 99,7 faiz səslə prezident elan edildi

20 Sentyabr, 2021
130

Sputnik

Rusiya Federasiyasının Çeçenistan Respublikasının prezidenti vəzifəsinə keçirilən seçkilərin nəticələri açıqlanıb. 

"Lenta.ru"-nun sentyabrın 20-də verdiyi məlumata görə, Ramzan Kadırov yenidən Çeçenistanın rəhbəri seçilib. 

Çeçenistan Mərkəzi Seçki Komissiyası protokolların hamısı sayıldıqdan sonra onun 99,7 faiz səs topladığını elan edib. 

R.Kadırovun rəqibi, "Ədalətli Rusiya - Patriotlar - Həqiqət uğrunda" partiyasının nümayəndəsi İsa Hacımuradovun isə 0,15% səs topladığı bildirilir. Daha bir namizəd Kommunist Partiyasının namizədi Xalif Nakayev 0,12 faiz səs yığıb. 

Qaydalara əsasən, region başçısı olmaq istəyən namizəd ilk turda 50-dən çox səs toplamalı idi. 

1976-cı ildə anadan olan R.Kadırov 2004-cü ildən Çeçenistanın prezidentidir. 

Dünya

Azərbaycanda 9 məktəb distant təhsilə keçdi

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

9 məktəb, 344 sinif koronavirusa görə distant təhsilə keçib. Bu barədə oktyabrın 19-da Təhsil Nazirliyindən məlumat verilib.  Bildirilib ki, ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Dünya

Rusiya Ermənistana 1 milyard dollarlıq investisiya yatıracaq

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Rusiya yaxın vaxtlarda Ermənistan iqtisadiyyatına 1 milyard dollarlıq investisiya yatıra bilər.  TASS-ın məlumatına görə, bu barədə Rusiya iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç açıqlama verib.  Nazir müavininin sözlərinə görə, bu investisiya Rusiya və Ermənistan arasında iqtisadi, sosial və mədəni əlaqələrə çox ciddi töhfələr verəcək. Yeni iş yerlərinin açılmasına və infrastrukturun inkişafına gətirib çıxaracaq.  Statistikalara əsasən, Ermənistan Respublikasına yatırılan xarici investisiyanın 40%-i Rusiya Federasiyasının payına düşür. 
Seçilmiş Videolar