Dünya

Rəisi Paşinyana: "İran Qafqaz regionunda sərhədləri dəyişdirmək cəhdlərinə qarşı çıxacaq"

11 Avqust, 2022
787

Rəsmi səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. 

Bu barədə avqustun 11-də Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər regional hadisələri və təhlükəsizlik çağırışları ilə bağlı məsələləri müzakirə ediblər. 

"Ermənistanın Baş naziri İran Prezidentinə Ermənistanla Azərbaycan arasında baş verən son sərhəd insidentləri barədə məlumat verib.  Regionda sabitliyin və sülhün bərqərar olması kontekstində Nikol Paşinyan 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin tam icrasının vacibliyini vurğulayıb.

https://toplum.tv/dunya/cnn-rusiya-herbcileri-iran-pua-lariyla-telimlere-baslayib

İran Prezidenti isə son günlər Cənubi Qafqazda baş verən gərgin insidentlərə toxunaraq, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneyinin Rusiya və Türkiyə prezidentləri ilə bu yaxınlarda keçirdiyi görüşdə verdiyi bəyanatı xatırladıb ki, İran Qafqaz regionundakı sərhədlərinə həssas yanaşır və onları dəyişdirmək cəhdlərinə qarşı çıxacaq", - deyə məlumatda qeyd edilib. 

Həmçinin qeyd edilib ki, Paşinyan Ermənistan-İran əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və vurğulayıb ki, Ermənistan iki ölkə arasında yüklərin tranzitini maksimum dərəcədə stimullaşdırmağa, infrastruktur, o cümlədən yol, enerji və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Öz növbəsində İran Prezidenti iki ölkə arasındakı əlaqələri tarixi və dərin adlandırıb, Ermənistan-İran davamlı iqtisadi əməkdaşlığının səviyyəsinin yüksəldilməsinin vacibliyini vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Məhkəmə Donald Trampı dələduzluqda təqsirli bilib

Toplum TV
27 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Sentyabrın 26-da Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı və ailəsini dələduzluqda təqsirli bilib.  Toplum TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.  Məhkəmənin hakimi Artur Enqoron Trampın öz aktivlərinin dəyərini qanunsuz olaraq artırdığını bildirib.  2022-ci ilin sentyabrında Nyu-Yorkun baş prokuroru Letitiya Ceyms Trampa qarşı iddia qaldırarkən onu dələduzluqda ittiham etmişdi. Onun sözlərinə görə, Trampın əsas şirkəti olan "The Trump Organization" on il ərzində maliyyə orqanlarından bank müavinətləri almaq üçün öz aktivlərinin dəyəri barədə yalan informasiya verib. https://toplum.tv/dunya/pbayden-ukraynaya-325-milyon-dollarliq-yeni-herbi-yardim-elan-edibp Medianın məlumatına görə, sentyabrın 26-da çıxarılan məhkəmə qərarı dövlət vəkili Letitiya Ceymsin mülki iddiası üzrə yekun qərar deyil, işə baxılması oktyabrın...
Dünya

ABŞ Polşaya 2 milyard dollar kredit verəcək

Toplum TV
26 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

ABŞ Polşa ordusunun modernləşdirilməsinə dəstək olmaq üçün 2 milyard dollarlıq kredit verəcək. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 26-ı ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bəyanata əsasən, "Xarici Hərbi Maliyyələşdirmə" (FMF) proqramı çərçivəsində ABŞ və Polşa arasında NATO-nun şərq cinahının kollektiv müdafiəsi üçün 2 milyard dollarlıq birbaşa kredit müqaviləsinin imzalandığı bildirilib. https://toplum.tv/dunya/ppolsanin-bas-naziri-ukrayna-ile-muumlnasibetler-ccediletin-veziyyetdedirp Departamentin açıqlamasına görə, müqavilə əsasında Polşa ordusunda istifadə olunan Rusiya istehsalı köhnə hərbi texnikaların sıradan çıxarılması planlaşdırlır. Bildirək ki, Varşava bu il müdafiə xərclərini ÜDM-nin 4%-dək artırmağı planlaşdırıb. Bu ötən illə müqayisədə 2 dəfə çoxdur.

Seçilmiş Videolar

Toplum TV loqo