Dünya

Rəsmi Kiyev Xorvatiya Prezidentindən üzrxahlıq tələb edir

26 Yanvar, 2022
143

RBK

Ukraynanın Xarici İşlər Nazirliyi Xorvatiya Prezidenti Zoran Milanoviçin rəsmi Kiyevin NATO-ya üzvlüyü və Rusiya ilə sərhəddə gərgin vəziyyət şəraitində Ukraynaya yardımın yersizliyi barədə səsləndirdiyi fikirlərə reaksiya verib. 

Bu haqda nazirliyin saytında məlumat verilib.

Bildirilir ki, Xorvatiyanın Ukraynadakı səfiri Anitsa Camiç nazirliyə dəvət olunub və Milanoviçin sözlərindən doğan dərin məyusluq ifadə edilib, eləcə də bu fikirlərin yolverilməzliyi barədə Kiyevin mövqeyi səfirə çatdırılıb.

“Xorvatiya Prezidenti xorvatların müstəqillik uğrunda mübarizəsi, eləcə də ötən il meşə yanğınları zamanı Ukraynanın və ukraynalıların göstərdiyi kömək müqabilində aşağılayıcı və nankor münasibət sərgiləyib. Amma biz əminik ki, bu nankorluq onun şəxsi keyfiyyətidir, dostluq və qarşılıqlı hörmət hissi ilə bağlı olduğumuz xorvat xalqına aid deyildir”, - XİN sənədində belə deyilir. 

Zoran Milanoviç yanvarın 25-də bildirib ki, Rusiya və Ukrayna arasında hərbi toqquşma baş verərsə, Xorvatiya öz hərbçilərini NATO-dan geri çağıracaq. O, bildirib ki, məhz NATO regionda öz qüvvələrini artırır. 

Xorvatiya prezidenti həm də Ukraynanı “dünyada ən korrupsiyalaşmış ölkələrdən biri” adlandırıb. O, Moskva və Kiyev arasında konfliktdə Xorvatiyanın iştirak etməli olmadığına əminliyini ifadə edib.

Dünya

Türkmənistan qadınların xarici görünüşünə və davranışlarına nəzarəti gücləndirib

20 May 2022

Hans Birger Nilsen

Aprelin əvvəlindən Türkmənistan hakimiyyəti qadınların öz bədənlərinə nəzarət etmək hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu barədə BBC və “Azadlıq” radiosunun türkmən xidməti məlumat yayıb. Paytaxt Aşqabadda dövlət qurumlarının əməkdaşlarından “xarici cəlbediciliyi artırmaq üçün əlavə üsullardan çəkinmək” barədə yazılı vəd vermələri tələb olunur. Əvvəllər qadınlara qarşı analoji tələblər ölkənin digər bölgələrində də irəli sürülürdü. Hakimiyyətin təzyiqi ilə dövlət işçiləri kosmetikadan istifadə etməməyə, saçlarını boyamamağa, manikür etməməyə, cins şalvar və dar paltar geyinməməyə - bunun əvəzinə geniş ənənəvi paltar və baş örtüyü taxmağa məcburdurlar. İşdən çıxarılma təhlükəsi altında qadınlar tez bir zamanda saxta dırnaq və kirpiklərdən qurtulmalı, sarı saçlarını tünd rəngə boyamalıdırlar. Eyni...

Seçilmiş Videolar

Toplum TV loqo