Rəsmi Tehran İran Azərbaycanında "Mossad" agentlərinin saxlanıldığını bildirir
Açıq mənbələrdən götürülüb
İran ədliyyə sistemi bu bazar ertəsi Qərbi Azərbaycan əyalətində casusluqda və İsrailin xarici kəşfiyyat agentliyi "Mossad"a işləməkdə ittiham olunan 10 nəfərin həbs edildiyini açıqlayıb.
Bu barədə oktyabrın 24-də "Mehr" agentliyi məlumat yayıb.
https://toplum.tv/dunya/ermenistan-tebrizde-bas-konsulluq-acmaq-isteyir
Tehrandakı rəsmi mənbələr “əsas motivləri Qərbi Azərbaycan əyalətində sionist rejimə qarşı mübarizəyə rəhbərlik edən İran təhlükəsizlik rəsmilərinin müəyyən edilməsi olan məhbusların həbs edildiyini” və qrup üzvlərinin bir neçə "Mossad" zabitləri ilə birbaşa əlaqədə olduqlarını bildirib.
İddiaya görə, həbs olunanlar “yerinə yetirdikləri missiyalar üçün sionist rejimin agentləri və Mossad zabitlərindən bir neçə dəfə pul alıblar”.
İslam Respublikası Ədliyyə Nazirliyindən verilən açıqlamada həbs edilən 10 nəfər barəsində cinayət işinin başlanıldığı, onlar barəsində Qərbi Azərbaycan əyalətinin inzibati mərkəzi olan Urmiya məhkəmələrində təhqiqat aparıldığı bildirilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Un.org
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?