Reuters: G7 ölkələri Rusiya neftinin sabit qiyməti ilə bağlı razılığa gəlib
Açıq mənbələrdən götürülüb
Yeddilik Qrupu (G7) və Avstraliya razılaşıblar ki, Rusiya neftinin qiymət tavanı “üzən” məzənnədən istifadə etmədən sabit səviyyədə müəyyən ediləcək.
Bu barədə "Reuters" yazır.
Agentliyin mənbəsinin sözlərinə görə, "qiymət tavanı vahidləşəcək və mütəmadi olaraq nəzərdən keçiriləcək" - bu, bazarın sabitliyini artırmalı və onun iştirakçılarının yükünü azaltmalıdır.
https://toplum.tv/dunya/rusiyada-seferberlikden-yayinanlara-5-ile-qeder-hebs-cezasi-verile-biler
Qiymət hələ müəyyən edilməyib, lakin mənbələrə görə, yaxın həftələrdə elan edilməlidir. Mənbə bildirib ki, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya, ABŞ və Avstraliya sabit qiymətə lazım gəldikdə mütəmadi olaraq yenidən baxmağa razılaşıblar.
Eyni zamanda "Reuters"in mənbəsi qeyd edib ki, qiymətin istənilən indekslə əlaqələndirilməsi həddindən artıq volatilliyə və mümkün qiymət dalğalanmalarına gətirib çıxaracaq. Moskva üzən qiymət sistemindən faydalana bilər. Çünki Rusiyadan neft tədarükünün azalması səbəbindən "Brent" markalı neftin qiyməti qalxarsa, Rusiya neftinin qiyməti yüksələcək.
Dekabrın 5-də Aİ-nin Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi, o cümlədən tankerlərlə daşınan Rusiya neftinə tavan qiymətinin tətbiqi qüvvəyə minir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Forbes
Açıq mənbələrdən götürülüb