Sosial Media
Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryan aprelin 6-da “Pozner” verilişinə müsahibəsində deyib.
Müsahibəsində II Qarabağ müharibəsi ilə bağlı bir sıra məsələlərə toxunan Koçaryan ölkəsinin revanş almaq şanslarının olmadığını bildirib.
“Erməni ordusu indi elə bir vəziyyətdədir ki, ağlı başında olan bir revanş haqqında düşünməz”, - sabiq prezident deyib.
O, həmçinin baş nazir Nikol Paşinyanın apardığı siyasəti də kəskin tənqid edib:
“Yeni hökumət gələndən sonra, erməni tərəfi yeni tələblər irəli sürməyə başladı, beləliklə də onlardan əvvəl olan hər şey sıfırlandı. Sonra Dağlıq Qarabağ ermənilərinin iştirakı olmadan danışıqların aparıla bilməyəcəyi düsturu irəli sürüldü, sonra “Qarabağ Ermənistandır” deyildi və bununla da hər şey bitdi”.
Sabiq prezident açıqlamasında iyunda ölkəsində keçiriləcək növbədənkənar seçkilərdə öz bloku ilə iştirak etməyə hazırlaşdığını da bildirib.
Ermənistan mətbuatı isə bu gün xəbər verib ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə Robert Köçəryanla danışıb. Bildirilir ki, ünsiyyət Köçəryanın “Sistem” maliyyə korporasiyasının direktorlar şurasının iclasında iştirak etmək üçün Moskvaya səfəri zamanı baş tutub.
Putinlə Koçaryanın Ermənistanda iyunda keçiriləcək seçkiləri, regiondakı vəziyyəti, Qarabağı və digər məsələləri müzakirə etdikləri bildirilib. Məlumata görə, söhbət pandemiya səbəbindən video formatda keçirilib və bir saata yaxın davam edib.
Bu ünsiyyət Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya sabaha nəzərdə tutulan səfəri ərəfəsində baş verib. Paşinyan səfər ərəfəsində “İnterfaks”a müsahibəsində bildirib ki, Ermənistan Rusiya ilə “uzunmüddətli və hərtərəfli hərbi-texniki əməkdaşlıqda” maraqlıdır. O, Rusiyadan yeni silahların, döyüş sursatının, habelə "Su-30SM" qırıcılarının təchizatını müzakirə edəcəklərini deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?