Dünya

Robert Koçaryan seçkilərdəki məğlubiyyətinin səbəbini açıqladı

22 İyun, 2021
1261

Rbc.ru

""Ermənistan" bloku qısa müddət ərzində ölkənin kəndlərində kifayət qədər görüş keçirməyə vaxt çatdırmadı".

Bunu iyunun 22-də keçirdiyi mətbuat konfransında ölkənin ikinci prezidenti Robert Koçaryan deyib. 

"Sputnik Ermənistan"ın verdiyi məlumata görə, iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində "Ermənistan" blokunun rəhbəri kimi mübarizə aparan Koçaryan təşviqat üçün vaxt azlığından şikayətlənib. 

"Təşviqat müddəti çox qısaydı, biz bir çox şeyləri çatdırmadıq, xüsusilə kənd yerlərində çox az görüşlərimiz oldu. Əgər diqqət etsəniz, görərsiniz ki, hakimiyyətdəkilər əsas nəticələri məhz kəndlərdə qazanıblar. İnsanlar, çox güman, son anda yekun qərara gəliblər və gedib hakimiyyətə səs veriblər", - deyə Koçaryan qeyd edib. 

Hazırkı hakimiyyətə etimad mandatının verilməsi məsələsinə şərh verərkən Koçaryan bildirib ki, burada, çox güman, köhnə hakimiyyət nümayəndələrinin qayıtması böyük rol oynayıb, çünki seçkilərdə Ermənistanın bütün prezidentləri iştirak edbirlər. 

"Biz bu vəziyyəti heç cür dəyişdirə bilmədik. Çox güman, bu, inqilabın son gülləsiydi", - deyə ölkənin ikinci prezidenti vurğulayıb. 

Onun sözlərinə görə, Paşinyanın keçirdiyi dünənki mitinqdən sonra onda belə bir təəssürat əmələ gəlib ki, onların ritorikaları və davranışları dəyişməyib: 

"Əgər iqtidar indi də əvvəlki kimi hərəkət etməyə davam etsə, başqalarını repressiyalarla və qisasla qorxutmağa davam etsə, onda biz çox tezliklə növbəti növbədənkənar seçkilərə getməli olacağıq".

Koçaryan seçkilərin nəticəsindən təəccübləndiyini deyib, çünki sorğular başqa şeyi göstərirdi. O, həmçinin bəyan edib ki, "Ermənistan" bloku parlamentdə oturub-oturmayacağını hələ bilmir: 

"Mən qanunvericidən daha çox icraedici hakimiyyət nümayəndəsiyəm. Ona görə də özümü parlamentdə görmürəm. Amma hələlik yekun qərarımı verməmişəm". 

Koçaryan çıxışı zamanı onu da qeyd edib ki, bütün bunlara baxmayaraq o və tərəfdarları hakimiyyət uğrunda həm parlamentdə, həm də küçələrdə mübarizə aparmağa davam edəcəklər. 

Keçmiş prezident seçkilərdə bir çox qanun pozuntularının baş verdiyini, ona görə də Konstitusiya Məhkəməsinə müraciət etmək üçün material topladıqlarını da sözlərinə əlavə edib. 

Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçirilib. Yekun nəticələr belədir:

1. Vətəndaş Müqaviləsi Partiyası (Nikol Paşinyan) - 53,92% (687 251 seçici) 

2. “Ermənistan” bloku (Robert Koçaryan) - 21,04% (268 165 seçici) 

3. “Mənim şərəfim var” bloku (Serj Sarqsyan) - 5,23% (66 633 seçici)

4. Çiçəklənən Ermənistan Partiyası (Qaqik Tsarukyan) - 3,96% (50 416 seçici) 

5. Aydınlanmış Ermənistan (Edmon Marukyan) – 1,22% (15 557 seçici)

6. Erməni Milli Konqresi (Levon Ter-Petrosyan) – 1,54% (19 647 seçici) 

MSK səsvermədə respublika səviyyəsində 49,4% aktivlik qeydə alındığını bildirib.

Növbədənkənar parlament seçkilərində 25 siyasi qüvvə - 21 partiya və 4 blok mübarizə aparıb. Parlamentdə düşə bilmək üçün partiyalar 5%, bloklar isə 7%-lik həddi aşmalı idi.
 

Dünya

KİV: Tunisin baş naziri döyülərək istefaya məcbur edilib

29 İyul 2021

Reuters

Tunisin baş naziri Hiçem Meçiçi məcburən istefa verməsi üçün prezident sarayında döyülüb.  Bu barədə iyulun 29-da "The Middle East Eye" nəşri xəbər verib.  Nəşrin məlumatına görə, Meçiçi prezident Kais Səidin iqamətgahına dəvət olunub, burada dövlət başçısı ondan könüllü surətdə istefa verməyi tələb edib. O, imtina edəndə isə naməlum şəxslər onu prezidentin tələb etdiyinə razı olanacan döyüblər.  Meçiçi rəsmi bəyanatında dövlət nizamına qarşı getməyəcəyini, səlahiyyətlərini növbəti baş nazirə ötürməyə hazır olduğunu və ona uğurlar arzuladığını bildirib.   İyulun 26-da Tunis prezidenti hökuməti istefaya göndərib, parlamentin fəaliyyətini dondurub, deputatların toxunulmazlığını ləğv edib və parlament spikerinin ölkədən çıxmasına qadağa qoyub. Bu qərar ölkəni...
Dünya

İran Bakı və Yerevana yardım təklif etdi

29 İyul 2021

Reuters

İran Bakı və Yerevan arasındakı münasibətlərin tənzimlənməsi üçün yardım etməyə hazırdır. "Sputnik Ermənistan"ın iyulun 29-da verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə açıqlama verib.  Xatibzadə Azərbaycan-Ermənistan sərhədində münaqişənin dərinləşməsindən narahat olduğunu, yaralanan əsgərlərə görə kədərləndiyini diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, gərginliyi və toqquşmaları bacardıqca tez aradan qaldırmaq və Cənubi Qafqazda əmin-amanlıq yaratmaq zəruridir. 
Seçilmiş Videolar