Dünya

Robert Köçəryan yeni müqavilədə yeni güzəştlər olacağını deyir

21 İyul, 2021
69

“Ermənistan sərhədində baş verənlər ümumi mənzərənin yalnız kiçik bir hissəsidir”.

Ermənistanın keçmiş prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryan yerli telekanallara verdiyi müsahibədə belə deyib.

“Yerasxdakı (Arazdəyən) hadisədən sonra Ermənistan ərazisində çox sayda Azərbaycan əsgəri olduğunu çoxları unudub. Azərbaycan öz planlarını reallaşdırmağı bacarır, çünki erməni tərəfi hələ buna adekvat cavab verə bilmir”, - deyə Köçəryan əlavə edib.

Keçmiş prezident həmçinin qeyd edib ki, “Təxribatlar davam etdikcə, insanlar yeni müharibə təhlükəsini daha aydın görürlər və güzəştlərlə bağlı yeni müqavilənin imzalanmasını xalq daha asan qəbul edir. Beləliklə, elə situasiya yaradılır ki, belə bir sənədin imzalanması xəyanət kimi deyil, qurtuluş kimi qəbul edilsin".

Yeni sülh müqaviləsinin hazırlanması xəbərinə təəccüblənməyəcəyini bildirən Köçəryan deyib ki, orda mütləq Azərbaycanın ərazi bütövlüyünün tanınması şərti də olacaq: “Bu, Artsaxın sonu olacaq" (“Sputnik Armenia”).

Dünya

KİV: Tunisin baş naziri döyülərək istefaya məcbur edilib

29 İyul 2021

Reuters

Tunisin baş naziri Hiçem Meçiçi məcburən istefa verməsi üçün prezident sarayında döyülüb.  Bu barədə iyulun 29-da "The Middle East Eye" nəşri xəbər verib.  Nəşrin məlumatına görə, Meçiçi prezident Kais Səidin iqamətgahına dəvət olunub, burada dövlət başçısı ondan könüllü surətdə istefa verməyi tələb edib. O, imtina edəndə isə naməlum şəxslər onu prezidentin tələb etdiyinə razı olanacan döyüblər.  Meçiçi rəsmi bəyanatında dövlət nizamına qarşı getməyəcəyini, səlahiyyətlərini növbəti baş nazirə ötürməyə hazır olduğunu və ona uğurlar arzuladığını bildirib.   İyulun 26-da Tunis prezidenti hökuməti istefaya göndərib, parlamentin fəaliyyətini dondurub, deputatların toxunulmazlığını ləğv edib və parlament spikerinin ölkədən çıxmasına qadağa qoyub. Bu qərar ölkəni...
Dünya

İran Bakı və Yerevana yardım təklif etdi

29 İyul 2021

Reuters

İran Bakı və Yerevan arasındakı münasibətlərin tənzimlənməsi üçün yardım etməyə hazırdır. "Sputnik Ermənistan"ın iyulun 29-da verdiyi məlumata görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xatibzadə açıqlama verib.  Xatibzadə Azərbaycan-Ermənistan sərhədində münaqişənin dərinləşməsindən narahat olduğunu, yaralanan əsgərlərə görə kədərləndiyini diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, gərginliyi və toqquşmaları bacardıqca tez aradan qaldırmaq və Cənubi Qafqazda əmin-amanlıq yaratmaq zəruridir. 
Seçilmiş Videolar