nationalcorps.org
Roma papası Fransisk Vatikanda “Azov” alayının döyüşçülərinin xanımları ilə görüşüb. Katerina Prokopenkonun və Yuliya Fedosyukun ərləri Mariupolda “Azovstal” metallurgiya kombinatında müdafiə olunurlar. Rusiya ordusu iki aydan çoxdur ki, müəssisəni mühasirədə saxlayır.
Hərbçi xanımları papaya zavodda ərzaq və su qalmadığını deyiblər. “Siz bizim son ümidimizsiniz. Onların həyatını xilas edəcəyinizə ümid edirik. Lütfən, onları ölməyə qoymayın”, - ukraynalı qadınlardan biri söyləyib. Onun sözlərini “The Insider” sitat gətirir. Papa “Azovstal”da olanlar üçün dua edəcəyini bildirib.
Prokopenko və Fedosyuk papaya zavoddakı yaralı döyüşçülərin şəkillərini və hərbçilərin üçüncü tərəfə təslimə hazır olmaları barədə müraciətlərini təqdim ediblər. Qadınların sözlərinə görə, onlar Rusiyaya təslim ola bilməz, çünki bu halda onları işgəncələr və ölüm gözləyir.
Papa audensiyasında “Mediazona”nın naşiri Pyotr Verzilov iştirak edib. O, papaya Mariupola getmək ehtimalı barədə sual verib. Fransisk bildirib ki, insanların xilası üçün Ukraynaya getməsi problem deyil.
Ukrayna tərəfinin məlumatına görə, BMT və Qırmızı xaçın iştirakı ilə “Azovstal”dan qadınların, uşaqların və qocaların təxliyəsi mayın 7-də başa çatıb.
Reuters
EPA/EFE
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”