Dünya

Roma Papası: Üçüncü dünya müharibəsi başlayıb

14 İyun, 2022
878

Reuters

Roma Papası Fransisk Rusiyanın Ukraynada muzdlulardan istifadə etməsini “dəhşətli” adlandırıb. 

Papa Fransisk İsa Cəmiyyətinin 10 Avropa jurnalının redaktoru ilə keçən ay söhbətləşib, amma müsahibə tam şəkildə yalnız çərşənbə axşamı "La Stampa" qəzetində nəşr olunub.

Müsahibə zamanı Papa deyib ki, ruslar bir həftəyə hər şeyin bitəcəyini düşünürdülər: "Ancaq səhv hesabladılar. Onlar cəsur xalqla, yaşamaq üçün mübarizə aparan və belə mübarizə təcrübəsi olan millətlə qarşılaşdılar.

"Bu müharibədə biz rusların əsasən muzdlulardan ibarət qoşunlarının törətdiyi vəhşiliyi və qəddarlığı görürük. Amma təhlükə ondadır ki, biz bunu yalnız görürük, bu, əlbəttə, dəhşətlidir, amma biz bütün dramları görmürük".

https://toplum.tv/dunya/sipri-nuve-silahindan-istifade-ehtimali-hec-vaxt-olmadigi-qeder-realdir

Roma Papası bir neçə il əvvəl üçüncü dünya müharibəsi barədə xəbərdarlıq etdiyini xatırladıb: 

“Dünya müharibədədir. Bir neçə il əvvəl demişdim ki, biz üçüncü dünya müharibəsini hissə-hissə yaşayırıq. Belədir ki, var, zənnimcə, artıq üçüncü dünya müharibəsi elan olunub. Biz indi düşünməliyik. Bir əsrdə üç dünya müharibəsi yaşayan insanlığın başına nələr gəlir? Bu, insanlıq üçün pisdir, fəlakətdir. Bir əsrdə üç dünya müharibəsi baş verib, onları alovlandıran silah ticarətidir!" - deyə Papa vurğulayıb. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo