Açıq mənbələrdən götürülüb
"Zaporojye vilayəti Rusiyaya birləşmək kursunu müəyyənləşdirib və həmişəlik olaraq Ukraynadan ayrılır".
"RİA Novosti" xəbər verir ki, bunu Rusiyanın təyin etdiyi Zaporojye vilayəti administrasiyasının əsas şurasının üzvü Vladimir Roqov deyib.
“Mən Zelenski rejiminə məsləhət görürəm ki, indi buna öyrəşsinlər və Zaporojye bölgəsini yalnız Rusiya ilə əlaqələndirməyə və eyniləşdirməyə başlasınlar”, – vilayət administrasiyasının əməkdaşı bildirib.
“Kiyev hakimiyyəti və onların Qərb kuratorları nə qədər qəzəbli olsalar da, Zaporojye vilayətinin sakinlərinin seçimlərini dəyişməyəcəyi fikrinə öyrəşməli olacaqlar”, - deyə Roqov fikrini yekunlaşdırıb.
Bundan əvvəl o, Ukraynanın region üzərində heç bir hüququnun olmadığını bildirmişdi. Onun sözlərinə görə, Şimali Qara dəniz regionunun şəhərləri, xüsusən Zaporojye, Herson, Nikolayev və Odessa “heç vaxt Ukrayna ərazisi olmayıb”.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, əgər Rusiya ordusunun nəzarətində olan bölgələrdə Rusiyaya birləşməklə bağlı referendum keçirilərsə, Kiyev Moskva ilə danışıqlardan imtina edəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür