Açıq mənbələrdən götürülüb
“Novaya qazeta”nın baş redaktoru Dmitri Muratovun 2021-ci ildə laqyiq görüldüyü Nobel sülh mükafatı medalı ABŞ-da keçirilən hərracda 103,5 milyon dollara satılıb. Hərracı aparan “Heritage Auctions” ticarət evinin saytında bu barədə məlumat yerləşdirilib. Alıcının adı məlum deyil.
Satışdan əldə olunan bütün vəsait ukraynalı qaçqın uşaqlara və onların ailələrinə yardım göstərmək üçün BMT-nin Uşaq fonduna (UNICEF) veriləcək. Hərrac iyunun 20-də qeyd olunan Ümumdünya qaçqınlar günündə baş tutub.
Dmitri Muratov medalı satacağını martın 22-də elan etmişdi. O zaman xəbər verilirdi ki, ideya “Novaya qazeta”nın bütün heyəti tərəfindən dəstəklənib. Baş redaktor 2021-ci ilin oktyabrında filippinli Mariya Ressa illə birlikdə “demokratiya və sülhün şərti olan fikir azadlığını müdafiəsi səylərinə görə” mükafata layiq görülüb.
Mətbuatın yazdığına görə, bu, Nobel medalının tarix boyu ən baha satışıdır.
2014-cü ildə fiziologiya üzrə laureat Ceyms Uotson Nobel medalını 4,8 nilyon dollara satıb. 2015-ci ildə fizika üzrə laureat Leon Lederman tibbi xərclərini ödəmək üçün satışa çıxardığı medalını 765 min dollara satmışdı. Medallar bir neçə dəfə laureatların ailələri tərəfindən satışa çıxarılıb və 395 dollardan 2,2 milyon dollara qədər qiymətə satılıb.
Rusiyanın Ukraynaya təcavüzü başlayanda “Novaya qazeta” Rusiyada fəaliyyət göstərən və Kremlin nəzarətində olmayan azsaylı KİV-dən biri idi. Amma müharibə başlayandan sonra "Roskomnadzor" tərəfindən iki dəfə xəbərdarlıq aldığından “Ukrayna ərazisində xüsusi əməliyyat yekunlaşana qədər” öz fəaliyyətini dayandırıb. Çünki KİV lisenziyasının ləğv edilmə təhlükəsi olub.
Açıq mənbələrdən götürülüb
ZDF
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?