Dünya

Rus jurnalistin Nobel medalı satışa çıxarıldı

2 İyun, 2022
618

rappler.com

“Novoya qazeta”nın baş redaktoru Dmitri Muratovun Nobel medalı “Heritage Auctions” hərrac evi tərəfindən satışa çıxarılıb.

“Meduza” portalına daxil olan press-relizdə deyilir ki, hərrac iyunun 1-də, Uşaqları müdafiə günündə start götürüb. 

Pul qoyuluşları əvvəlcə onlayn qəbul ediləcək, iyunun 20-də, Ümumdünya qaçqınlar günündə Manhettendəki “Times Square Center”də isə final satışı baş tutacaq. 

Satışdan əldə olunan bütün gəlir Ukraynada və qonşu ölkələrdə müharibədən zərər görən uşaqlara yardım proqramı üçün UNICEF-ə veriləcək. 

“Biz “Novaya qazeta”nın redaksiyasında bu barədə çox düşündük və anladıq ki, bizdən daha pis vəziyyətdə olan insanlar var. Bunlar qaçqınlardır. Xəstə ukraynalı uşaqlardır. Onların vəziyyəti bizdən xeyli ağırdır”, - Muratov bildirib və əməkdaşların hamısının Nobel medalını satmaq qərarını dəstəklədiyini vurğulayıb.

Dmitri Muratov 2021-ci ildə "demokratiya və dayanıqlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorumaq səylərinə görə" Nobel sülh mükafatına layiq görülüb

Rusiya Silahlı Qüvvələri Ukraynada hərbi əməliyyatlara başlayandan sonra müharibə barədə nəşr etdiyi məqalələrə görə dövlət tərəfindən xəbərdarlıqlar alan “Novoya qazeta” qapanmaq təhlükəsindən qaçmaq üçün kağız formatında çapı mart ayında dayandırıb. 

Ötən aylarda D. Muratov müharibə mövzusunda tutduğu mövqeyə görə fiziki hücuma da məruz qalmışdı. 

Xatırlatma

Rusiya 2022-ci il, fevralın 24-də Ukraynada "xüsusi hərbi əməliyyat adlandırdığı" genişmiqyaslı müharibəyə başlayıb. 

Hərbi əməliyyatlarla əlaqədar Prezident Vladimir Putin bəyan edib ki, Moskvanın məqsədi Donbass regionunda “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır”.

Hərbi əməliyyatların başlamasından 2 gün əvvəl, fevralın 22-də isə Kreml Ukraynanın şərqindəki separatçı qurumları - "Donbas Xalq Respublikası"nı və Luqansk Xalq Respublikasını" rəsmən tanıyıb. 

Ukraynada müharibə başlayandan sonra ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya və digər Qərb ölkələri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə başlayıblar. Sanksiyalar paketinə Rusiya neftinə embarqo qoyulması, Rusiya iqtisadiyyatını təcrid edilməsi, oliqarxlara və siyasətçilərə məhdudiyyətlərin tətbiqi daxildir. Rusiya Prezidenti də sanksiya tətbiq edilən şəxslər siyahısına salınıb.

Aprelin 7-də BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur. BMT-nin açıqlamasına görə, müharibə başlayandan bəri 10 milyondan çox ukraynalı ölkəni tərk edib. Müharibənin Ukrayna iqtisadiyyarına milyardlarla dollar ziyan vurduğu bildirilir.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Məhkəmə qərar çıxardı: Tramp yaxın günlərdə həbs oluna bilər

Toplum TV
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Manhetten məhkəməsinin böyük jürisi Donald Trampın cinayət işi üzrə ittiham elan edilməsi barədə qərar çıxarıb. Sabiq prezident 2016-cı il seçkilərində porno ulduz Stormi Danielsə qanunsuz ödəniş etməklə bağlı ittihamlarla üzləşib Toplum Tv “The New York Times” nəşrinə istinadən xəbər verir ki, məlumat prokurorluq tərəfindən rəsmən təsdiqlənib. Trampın saxlanılması, fotosunun çəkilməsi və barmaq izinin götürülməsi, bundan sonra hakimin həbs-qətimkan tədbiri ilə bağlı qərar verəcəyi gözlənilir.  Prokurorlar siyasətçinin saxlanma vaxtını razılaşdırmaq üçün eks-prezidentin vəkilləri ilə əlaqə saxladıqlarını bildiriblər. Onun müdafiəçilərinin fikrincə, bu, gələn çərşənbə axşamı baş verə bilər. Trampın iqamətgahının yerləşdiyi Florida ştatının qubernatoru Ron Desantis bildirib ki, Nyu-York prokurorları tərəfindən ekstradisiya...
Dünya

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

Toplum TV
31 Mart 2023

Açıq mənbələrdən götürülüb

Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləyib. Protokolun əleyhinə bir dənə də olsun səs verən olmayıb.  Toplum TV xəbər verir ki, Türkiyə ittifaqın 30 ölkəsi arasında Finlandiyanın təşkilata qoşulmasını təsdiqləyən sonuncu ölkə olub. Bu həftənin əvvəlində Macarıstan parlamenti lehinə səs vermişdi.  Finlandiya özü əvvəllər Şimali Atlantika Alyansına qoşulmaq üçün bütün lazımi sənədləri rəsmiləşdirib. İndi o, iyulda Litvada keçiriləcək sammitdə NATO-ya qəbul edilə bilər. https://toplum.tv/dunya/pkiliccedildaroglu-prezident-seccedililse-rusiyaya-tuumlrkiyenin-nato-uumlzvuuml-oldugunu-quotxatirlatacaqquotp Buna baxmayaraq, İsveçin quruma qoşulmaq üçün Finlandiya ilə eyni vaxtda verdiyi ərizənin taleyi hələ də məlum deyil. Macarıstan və Türkiyə bir sıra şərtlər irəli sürərək İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu hələ...

Seçilmiş Videolar

Toplum TV loqo