Dünya

Rus yutuberlər Makronun adından zəng edərək Polşa prezidentini aldadıblar

23 Noyabr, 2022
86

BBC

Anjey Duda

Ukrayna ilə sərhədə raketin düşdüyü gecə rus prankerlər Makronun adından Polşa prezidentinə zəng edib. O, Rusiya ilə müharibə istəmədiyini bildirib.

Toplum TV "Meduzo.io"-ya istinadən xəbər verib ki, Polşa Prezidenti Anjey Dudanın ofisi hadisənin baş verdiyini təsdiqləyib.

Bildirilir ki, noyabrın 15-də Ukrayna ilə sərhəddə yerləşən Polşanın Prjevodov kəndindəki raket partlayışından sonra özünü Fransa Prezidenti Emmanuel Makron kimi təqdim edən şəxs dövlət başçısı ilə əlaqə saxlayıb.

https://toplum.tv/dunya/avropa-parlamenti-rusiyani-terrorizme-sponsorluq-eden-dovlet-kimi-tanidi

Dudanın ofisi bu barədə rusiyalı prankerlər Vovan və Leksus (Vladimir Kuznetsov və Aleksey Stolyarov) YouTube-da “Polşa prezidenti Andjey Duda ilə zarafat” videosunu yerləşdirdikdən bir saat sonra tvitterdə məlumat verib. 

Yeddi yarım dəqiqəlik səsyazmada Duda ingiliscə danışan və fransız ləhcəsini təqlid etməyə çalışan bir adamla ingilis dilində danışır. Söhbət zamanı Duda “çox ehtiyatlı” olduğunu və baş verənlərə görə Rusiyanı günahlandırmadığını deyir:

"Emmanuel, mənə inanın, mən çox ehtiyatlıyam. Mən rusları qınamıram. Emmanuel, sən bilirsən ki, bu müharibədir və məncə, hər iki tərəf bir-birini günahlandıracaq. <...> Mən Rusiya ilə müharibə istəmirəm və inanın ki, mən çox ehtiyatlıyam, çox ehtiyatlıyam".

Polşa Prezidentinin Pfisi qeyd edib ki, söhbət zamanı Anjey Duda “zəng edənin qeyri-adi davranışından” onun onu aldatmağa cəhd edə biləcəyini anlayıb və söhbəti bitirib. Polşa Prezidentinin Ofisi digər qurumlarla birgə araşdırmaya başlayıb.

"Reuters"-in məlumatına görə, son illərdə ikinci dəfədir ki, rus prankerlər Anjey Dudaya telefonla danışırlar. İlk dəfə ona 2020-ci ildə BMT Baş katibi Antonio Quterreşin adından zəng etmişdilər. Keçmişdə prankerlər Emmanuel Makronu, britaniyalı müğənni Elton Conu və Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonu və bir çox başqalarını aldadıblar. Prankerlər Vovan və Leksus Rusiya Federal Təhlükəsizlik Bürosunda işləməkdə şübhəli bilinirlər. Onlarsa bunu inkar edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

İsrail və ABŞ İrana zərbələr endirmək üçün təlimlərə başlayır

29 Noyabr 2022

Reuters

İsrail Müdafiə Nazirliyi ABŞ-la birlikdə İrana zərbələrini imitasiya edən silsilə hava təlimləri keçirəcək.  Toplum Tv “The Times of Israel”-ə istinadən məlumat bildirir ki, bu barədə İsrail Müdafiə Nazirliyi xəbər yayıb.  Nəşrin məlumatına görə, manevrlər nazir Aviv Koçavinin ötən həftə ABŞ-a səfəri zamanı razılaşdırılıb. https://toplum.tv/siyaset/pentaqon-azerbaycanla-herbi-emekdasligi-muzakire-edir İlk təlimlər çərşənbə axşamı, noyabrın 29-da İsrail və Aralıq dənizi üzərində keçiriləcək. Təlimdə İsrail Hərbi Hava Qüvvələrinin və ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları və tankerləri iştirak edəcək, onlar “regional təhlükələr qarşısında bir sıra ssenarilər hazırlayacaqlar”. Bundan əvvəl bildirilmişdi ki, İsrail Rusiya ilə İran arasında nüvə enerjisi sahəsində əməkdaşlığın güclənməsindən narahatdır və bu, Tehranın nüvə silahı yaratmasına...
Dünya

Türkiyə Suriya kəşfiyyatı ilə əməkdaşlığa başlayıb

29 Noyabr 2022

DW

Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın Suriya kəşfiyyatı ilə əlaqələrin davam etdiyini açıqlayıb. Toplum TV xəbər verir ki, Kalın bu barədə "AHaber" telekanalına müsahibəsində bildirib. https://toplum.tv/dunya/turkiye-ukraynaya-elektrik-enerjisi-vere-biler "Suriya ilə kəşfiyyat orqanları səviyyəsində əlaqə saxlayırıq, kəşfiyyatımızın rəhbəri ehtiyaclarımızın bir hissəsi olaraq suriyalı həmkarla koordinasiyanı müzakirə edir", - deyə o qeyd edib.  Kalın həmçinin vurğulayıb ki, Türkiyənin Suriyada mübarizə apardığı terrorçu qrupların yaratdığı təhlükələri minimuma endirmək üçün kəşfiyyat xidmətləri ilə təmaslarını davam etdirəcək. O əlavə edib ki, bu, ilk növbədə Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) aiddir.

Seçilmiş Videolar

Toplum TV loqo