whitehouse.gov
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiya ilə əlaqəli aktivlərin Ukraynaya yardım üçün istifadəsinə icazə verən qanun layihəsini təsdiqləyib.
Bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Demokrat Tom Malinovski və Respublikaçı Co Vilsonun irəli sürdüyü qanun layihəsini 417 konqresmen dəstəkləyib, 8-i isə əleyhinə çıxıb.
Sənəddə qeyd edilir ki, bu tədbirlər Rusiyanın enerji şirkətlərinə məxsus olanlar da daxil olmaqla 2 milyon dollar və daha çox dəyərində olan aktivlərə münasibətdə həyata keçirilməlidir. Qanun Rusiya hakimiyyət orqanlarına dəstəyin göstərilməsi yolu ilə əldə edilən aktivlərə də təsir edəcək.
Müsadirə olunan vəsaitlərin yenidən satılması nəzərdə tutulur və əldə olunan vəsait hərbi, humanitar yardımlar, eləcə də Ukraynanın infrastrukturunun bərpası və digər ölkələrdəki ukraynalı qaçqınlara yardım üçün istifadə olunacaq.
Bundan əlavə, bu vəsaitlərin “Rusiya xalqının inkişafına, o cümlədən demokratiya sahəsində, insan hüquqları sahəsində proqramlar və onların monitorinqinə yardım” üçün istifadə imkanını nəzərdə tutur.
Sənədə əsasən, ABŞ dövlət katibinin başçılığı ilə bu qanun layihəsini praktikada tətbiq etməyə imkan verəcək “konstitusiya mexanizmlərini müəyyən edəcək” idarələrarası qrup yaratmalıdır.
Bundan əvvəl Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib ki, Kiyev hərbi əməliyyatlar nəticəsində dəymiş itkiləri kompensasiya etmək üçün Rusiyanın dondurulmuş ehtiyatlarından istifadə etmək niyyətindədir. Onun sözlərinə görə, bunun üçün Rusiyanın aktivlərini donduran ölkələrdə xüsusi qanunlar qəbul etmək lazımdır.
Gazprom.ru
AFP
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır