Dünya

Rusiya "Azov" döyüşçülərini Putinin kirvəsiylə dəyişib

22 Sentyabr, 2022
277

Açıq mənbələrdən götürülüb

200-dən çox ukraynalı əsgər rus əsirliyindən azad edilib, onların əksəriyyəti Mariupol şəhərindəki "Azovstal" zavodunu müdafiə edən "Azov" alayının üzvləridir.

"Radio Svoboda"-nın məlumatına görə, azad edilənlər arasında "Azov" alayının komandiri Denis Prokopenko və onun müavini Svyatoslav Palamar da var. 

“Azov”çuların buraxılması Rusiya tərəfi ilə hərbi əsirlərin mübadiləsi çərçivəsində baş tutub, bunun müqabilində Ukrayna  Vladimir Putinin kirvəsi və Ukrayna müxalifət partiyası “Həyat üçün - Müxalifət Platforması”nın liderlərindən biri Viktor Medvedçuku təhvil verib. Ukraynada Medvedçuk dövlətə xəyanət ittihamı ilə həbs edilmişdi. 

Bir sıra KİV-lər Rusiyanın iki yüksək rütbəli və altı kiçik rütbəli zabit də daxil olmaqla əlli beş hərbçini qəbul etdiyini bildirir. Əlavə təfərrüat verilməyib.

Ukrayna Prezidenti Volodimir Zelenski mübadilə ilə bağlı şərh verərkən deyib ki, "Azov" komandirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə azad edilib. İndi onlar Türkiyədədirlər və müharibənin sonuna qədər orada qalacaqlar - razılaşmanın şərtlərindən biri belə olub. 

https://toplum.tv/siyaset/putinin-seferberlik-qerari-bundan-sonra-ya-ukrayna-qalacaq-ya-da-rusiya

Rəcəb Tayyib Ərdoğan bildirib ki, əldə olunan razılaşmalar müharibənin sonunu yaxınlaşdırmağa kömək edəcək.

Rusiya hakimiyyəti hələlik əsirlərin azadlığa buraxılması ilə bağlı heç bir açıqlama verməyib və Viktor Medvedçukun mübadiləsi barədə məlumatı təsdiqləməyib. May ayında Kreml Medvedçuku “Azovstal”ın müdafiəçiləriylə dəyişmək fikrində deyildi. Bu mövqe siyasətçinin Ukrayna vətəndaşlığının olması ilə izah edilirdi. Bundan əlavə, Rusiya hakimiyyəti Azov batalyonunun əsir götürülən döyüşçüləri ilə bağlı tribunal elan etmişdi. Tribunal işğal altındakı Mariupolda baş tutmalı idi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Rusiya donanmasına ikinci raket hücumu xəbərdarlığı edilib

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın Qara dəniz donanmasının qərargahına ola biləcək ikinci raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Toplum TV APA-ya istinadən bildirir ki, xəbərdarlığı sentyabrın 22-si Sevastopol qubernatoru Mixail Razojayev bildirib. O, donanmanın qərargahına ikinci hücum təhlükəsinin ola biləcəyini xəbər verib. https://toplum.tv/dunya/pukraynada-kiccedilik-herfle-ldquorusiyardquo-yazilmasina-icaze-verilibp Bildirək ki, Ukrayna ordusu bu gün - 22 sentyabr Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirib. Hücum nəticəsində, mərmilərdən biri Lunaçarski Teatrının yaxınlığına düşüb. Şəhər qubernatoru hadisə nəticəsində xəsarət alanların dəqiqləşdirildiyini qeyd edir.
Dünya

Ukraynada kiçik hərflə “Rusiya” yazılmasına icazə verilib

Toplum TV
22 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Ukraynada “Rusiya Federasiyası”, “Rusiya”, “Moskva””, “Rusiya İmperiyası”, “Rusiya Federasiyasının Dövlət Duması” və oxşarlar ifadələrin kiçik hərflərlə yazılmasına icazə verilib. Toplum Tv xəbər verir ki, bu haqda qərarı sentyabrın 22-si Ukraynanın Dövlət Dil Standartları üzrə Milli Komissiyası bəyan edib. Belə ki, rəsmi mətnlər və yazışmalar istisna olmaqla, digər hallarda “Rusiya”-nın kiçik hərflə yazılması dilinin normalarından kənara çıxma hesab edilməyəcək. https://toplum.tv/dunya/pbayden-ukraynaya-325-milyon-dollarliq-yeni-herbi-yardim-elan-edibp Komissiya bu qərarı Ukrayna baş nazirinin müavini İrina Vereşçukun sentyabrın 8-də bu mövzuda orfoqrafiyada rəsmi dəyişikliyə çağırmasından sonra verib. Bildirək ki, 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan sonra bir çox ukraynalı siyasətçilər, rəsmilər və jurnalistlər kiçik hərflə “Rusiya”, “Rusiya...

Seçilmiş Videolar

Toplum TV loqo