Dünya

Rusiya Ermənistana nota verdi

17 Avqust, 2022
133

Açıq mənbələrdən götürülüb

Rusiya Federasiyasının Yerevandakı səfirliyi Ermənistan mətbuatında "Surməlu" ticarət mərkəzində baş verən partlayışa görə Rusiyanı ittiham edən materiallardan hiddətlənib. 

Bu barədə avqustun 17-də səfirlik teleqram kanalında məlumat yayıb. 

"Biz yerli informasiya məkanında bu ilin avqustun 14-də "Surmalu" ticarət mərkəzində baş verən faciədəki iştirakla bağlı Rusiya strukturlarına qarşı küfr və saxta ittihamlardan ibarət rüsvayçı materiallardan hiddətlənmişik. 

https://toplum.tv/dunya/yerevandaki-partlayis-neticesinde-olenlerin-sayi-16-ya-catib

Biz bu eyhamların arxasında Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinə xələl gətirmək istəyən siyasi qüvvələrin dayandığını hesab edir və bunu onların birbaşa təxribatı kimi qiymətləndiririk", - deyə məlumatda qeyd edilib. 

Səfirlik həmçinin qeyd edib ki, Rusiya Ermənistan hökumətindən bu cür qeyri-dost təzahürlərin qarşısını almağa yönəlmiş addımlar, o cümlədən zəruri ictimai aıqlamalar gözləyir.

Nota səfirlik tərəfindən Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib.

"Surməlu" ticarət mərkəzindəki partlayış avqustun 14-də baş verib. Hüquq mühafizə orqanlarının məlumatına görə, partlayış və ondan sonra baş verən yanğın nəticəsində 16 nəfər ölüb, çox sayda insan xəsarət alıb. Hüquq-mühafizə orqanları partlayışın hansısa kənar təsirlər nəticəsində baş verməsi ehtimalını inkar ediblər. 
 

Dünya

Şimali Koreya Rusiyanın Ukrayna ərazilərini ilhaq etməsini dəstəkləyir

4 Oktyabr 2022

CNN

Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanın şərqində keçirdiyi referendumun nəticələrini dəstəkləyib.  Bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. “Biz Rusiyaya birləşməyə çalışan Donetsk və Luqansk Xalq Respublikalarının, Xerson və Zaporojye vilayətlərinin sakinlərinin iradəsinə hörmət göstəririk və Rusiya hökumətinin yuxarıda göstərilən regionların öz tərkibinə qəbul edilməsi ilə bağlı mövqeyini dəstəkləyirik”. - bəyanatda deyilir. https://toplum.tv/dunya/zelenski-vladimir-putinle-danisiqlardan-imtina-barede-serencam-verdi Beləliklə, Şimali Koreya səsvermənin nəticələrini dəstəkləyən yeganə ölkə olub. ABŞ və dünyanın bir çox ölkələri Rusiyanın ilhaqını pisləyib. Bu gün, oktyabrın 4-də Federasiya Şurası Ukraynanın beş vilayətinin ərazisinin Rusiyaya daxil olmasına dair sazişləri ratifikasiya edib. Ukrayna ərazilərinin ilhaqını Nümayəndələr Palatasının iştirak edən...
Dünya

 Xameneyi: İrandakı etirazların arxasında ABŞ və sionistlər dayanır

4 Oktyabr 2022
"Bu iğtişaşlar Amerika, sionist rejim və onların agentləri tərəfindən təşkil edilir". "Fars" agentliyi xəbər verir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Əli Xameneyi Tehranda bir qrup tələbə qarşısındakı çıxışı zamanı deyib. Xameneyi Məhsa Əminin ölümündən kədərləndiklərini bildirsə də, bu qətli törədənlərin cəzalandırılacağından, yaxud hadisənin araşdırılacağından bəhs etməyib. Onun sözlərinə görə, bu cür hallar İranda dəfələrlə baş verib: "Ancaq bəziləri bunu görmürlər. Onlar itaətkar, inək kimi sağılan Pəhləvi dönəmini axtarırlar”. Sentyabrın ortalarında 22 yaşlı kürd qadın hüquq müdafiəçisi Məhsa Əmini başındakı hicabını açdığına görə əxlaq polisi tərəfindən saxlanılıb və döyülüb. Qız komaya düşdükdən bir neçə gün sonra xəstəxanada ölüb....

Seçilmiş Videolar

Toplum TV loqo