Dünya

Rusiya Finlandiyaya qaz nəqlini dayandıracaq

20 May, 2022
183

Gazprom.ru

“Gazprom” Finlandiyanın “Gasum” şirkətini mayın 21-dən etibarən qaz təchizatının dayandırılması barədə xəbərdar edib.

Bu barədə “Gasum”un rəsmi məlumatında deyilir.

Finlandiya qaz çatışmazlığını Estoniyadan gələn “Balticconnector” qaz kəməri ilə kompensasiya etmək niyyətindədir.

“Gasum” Rusiyanın tələbi ilə qazın rublla ödənilməsinə keçməkdən imtina edib və arbitrajda buna etiraz etmək niyyətindədir.

“Reuters” yazır ki, Finlandiyanın Rusiyadan idxal etdiyi qaz ölkənin enerji istehlakının yalnız beş faizini təşkil edir.

Rusiya “dost olmayan” ölkələrdən aprelin 1-dən əvvəllər bağlanmış müqavilələrə görə ödənişlərin rublla aparılmasını tələb edib.

Bolqarıstan və Polşa artıq təklif olunan sxem üzrə qazın pulunu ödəməkdən imtina edib, bundan sonra bu ölkələrə tədarük dayandırılıb.

Rusiya hökumətinin məlumatına görə, Rusiya qazını idxal edən şirkətlərin təxminən yarısı artıq qazın pulunu rublla ödəmək üçün “Gazprombank”da hesab açıb.

Rusiyanın Avropa ölkələrinə qaz satışından əldə etdiyi gəlir 2022-ci ilin sonuna kimi 100 milyard dollar proqnozlaşdırlır.

Paris Siyasi Tədqiqatlar İnstitutunun professoru Thierry Brosun sözlərinə görə, Aİ ölkələri sanksiyalara və embarqo tətbiq etmək vədlərinə baxmayaraq, “Gazprom”a gündə 200 milyon dollar ödəyir.

Dünya

Borrell: Avropa İttifaqının Rusiya ilə müharibə etmək niyyəti yoxdur

6 İyul 2022

Rəsmi səhifə

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Avropanın Rusiya ilə müharibə etmək planları yoxdur. O, bu barədə “Yomiuri” qəzetinə yazdığı məqalədə bildirib. Borrellin sözlərinə görə, Rusiyanın Ukraynadakı işğalçılıq siyasətinə əsas cavab bundan sonra da sanksiyalar siyasəti olacaq. O, sanksiyaların təsirinin daha da artacağına əminliyini ifadə edib.  Diplomat həmçinin Rusiyanın Avropa və ABŞ texnologiyalarından asılılığının Çindən altı dəfə çox olduğunu qeyd edib. Borrel hesab edir ki, buna görə də sanksiyalar altındakı Rusiya iqtisadiyyatı  ehtiyaclarını ödəyə bilməyəcək. Borrell artıq sanksiyalara görə Rusiyanın “İskəndər” və “X-101” kimi dəqiq raketlər istehsal etmək imkanlarının məhdudlaşdığına diqqət çəkib.  "Neft...
Dünya

Rusiya Xarkov Universitetini raketlə vurub

6 İyul 2022
İyulun 6-da gecə saatlarında Rusiya ordusunun Xarkovun Osnovyanski rayonlarına və Kiyev vilayətinə raket zərbəsi endirdiyi bildirilir.  Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov “Telegram”da məlumat yayıb. O, Novobavarskoyedə binaların bir hissəsinin dağıdıldığını qeyd edib. Oleq Sinegubov bildirib ki, raket zərbələri Xarkov Universitetini də dağıdıb: “Kiyev vilayətinə raket hücumu nəticəsində ali təhsil müəssisəsinin binası da dağıdılıb”. Oleq Sinegubov yaşayış binaları, açıq sahələr və buğda tarlasının yandığını əlavə edib.

Seçilmiş Videolar

Toplum TV loqo