Rusiyada həbsdə olan müxalif siyasətçi, Korrupsiyaya Qarşı Müdafiə Fondunun sədri Aleksey Navalnı hökumətin tərtib etdiyi terrorçu və ekstremistlər siyahısına salınıb.
"Lenta.ru"-nun yanvarın 25-də verdiyi məlumata görə, siyahıya salınanlar arasında Navalnının Lyubov Sobol, Vyaçeslav Qimadi, Georgi Alburov və Ruslan Şaveddinov kimi tərəfdaşları da var.
Bundan əvvəl Korrupsiyaya Qarşı Müdafiə Fondunun direktoru İvan Jdanov və "Gələcək Rusiya" Partiyasının sədri səlahiyyətlərini müvəqqəti icra edən Leonid Volkov da sözügedən siyahıya daxil edilmişdilər.
Ötən il sentyabrın 28-də Rusiya İstintaq komitəsi Navalnıya qarşı ölkə Cinayət Məcəlləsinin 282.1 maddəsi ilə ("Ekstremist təşkilat yaratmaq və ona rəhbərlik etmək") cinayət işi açıb. Bundan əvvəl də Navalnıya Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə də təqsirkar bilinərək həbs edilmişdi.
Hans Birger Nilsen
Hans Birger Nilsen
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır