Açıq mənbələrdən götürülüb
"Azadlıq Radiosu"nun Rusiya redaksiyasında müəllif Aleksandr Podrabinekin müharibə davam etdikcə Rusiyada vətəndaş hüquqlarının məhdudlaşdırılmasına dair məqaləsi yayımlanıb.
Toplum TV məqaləni Azərbaycan dilində oxuculara təqdim edir.
Müharibə həmişə vətəndaş hüquqlarının məhdudlaşdırılmasına xidmət edir. Ukrayna ilə hazırkı müharibə buna yaxşı sübutdur – təcavüz başlayandan Rusiyada vətəndaş hüquqları daha da büzüşüb, siyasi repressiyalar isə daha geniş miqyas alıb. Sentyabrın 21-də elan edilən səfərbərlikdən və müharibənin başqa mərhələyə keçməsindən sonra repressiyaların intensivliyinin artması qaçılmazdır. Kremlin ən həssas saray əyanları bu tələbatı vaxtında duyurlar.
Dövlət Dumasının deputatı, Britaniya ədliyyəsi tərəfindən sifarişli qətldə günahlandırılan Andrey Luqovoy casusluq və dövlətə xəyanətə görə ömürlük həbs və vətəndaşlıqdan çıxarmağı təklif edir. SSRİ KQB-nin keçmiş əməkdaşı indiki 20 illik cəzanı çox yüngül hesab edir. “Özünü liberal müxalifət adlandıran satqınlara çoxalmaq üçün yetərincə fürsət verdik”, - deputat öz teleqram kanalında yazır.
İdeya nə təzədir, nə də orijinal. Bütün bunlar Luqovoyun və ortaqlarının əslən olduqları sovet dövrlərində olub. Kremlin istifadə edə biləcəyi repressiya assortimenti hələ tam deyil. Məsələn, istintaq zamanı işgəncə verilməsini, girov götürməyi və güllələməyi, dustaqlar üzərində tibbi sınaqlar keçirmək, ya da barja dolu siyasi məhbusları suda boğmağı leqallaşdırmaq olar. Luqovoy kreativ deyil, həm də bu, ona heç lazım deyil. Onun üçün qaniçənlikdə fərqlənmək lazımdır ki, Böyük Qardaş görsün və qiymətləndirsin.
Parovozdan qabaqda qaçmağın daha bir həvəskarı Ramzan Kadırovdur. O, hələ keçən həftə, Kremlin hərbi vəziyyət elan etməsini gözləmədən yerlərdə hərbi səfərbərliyə başlamağı təklif etdi. Çox zamanında tərpəndi. Axı öz superloyallığını göstərmək ona da lazımdır, xüsusən də başqaları belə təşəbbüslərdə uğurlu olan vaxtlarda. O da çağırış yaşını 11 ilə qədər azaltmağı, qiyabi məhkəmə və ya cinayətkarların publik edamını təklif edə bilərdi. Amma hələ ki, səfərbərlik məsələsini öz əlinə almaq təklifi ilə kifayətlənib.
Mümkündür ki, o, sadəcə, insayder informasiyasına malik idi və Kremlin yaxın günlərdə ehtiyatdakı hərbçilərin səfərbərliyini elan edəcəyini bilirdi. Onun çıxışı yaxşı hesablanmış özünüreklam idi. Doğrudan da sentyabrın 21-də qismən səfərbərlik elan edildi.
Amma Luqovoy da, Kadırov da Yevgeni Priqojindən çox geri qalırlar. Sonuncu sözlərlə kifayətlənmir, dərhal işə başlayır. Luqovoy həbsxananı ömürlüklərlə doldurmağı arzulayanda, Kadırov gələcək səfərbərlik barədə düşünəndə, Priqojin həbs düşərgələrində dustaqları Ukrayna ilə müharibəyə cəlb etməyə başladı.
Onların üçünü də iki hal eyniləşdirir. Birincisi boş, bizim dövrlərə görə isə hətta gülməlidir. Səslənən təkliflər qanunsuzdur. Əgər ömürlük həbsi Dövlət Dumasından keçirmək mümkündürsə, vətəndaşlıqdan məhrum etmək Rusiya Konstitusiyasının 6-cı maddəsinin 3-cü bəndinə ziddir (bu yerdə gülmək olar, etiraz etmirəm). Səfərbərlik elanı mərkəzin səlahiyyətindədir, yerli hakimiyyətin yox. Ola bilər, Kadırov xəyallarında özünü RF prezidenti, ya da müstəqil dövlətin rəhbəri görür, amma bu halda o, parovozdan qabaqda qaçsa da, açıq-aşkar başqa istiqamətdə qaçır. Nəhayət, Priqojinin təşəbbüsü Rusiya qanunvericiliyinə tamamilə ziddir, çünki dustaqların bu üsulla cəzadan azad olmaları heç bir qanunda nəzərdə tutulmayıb. Bununla da gülməli ilə qurtaraq və ciddiyə keçək.
https://toplum.tv/dunya/rejimler-deyisende-niye-heykeller-yixilir
Adamyeyənlik üzrə yarışda iştirak edən təşəbbüskar məmurlar öz sələflərinin təcrübəsini heç nəzərə almırlar. Böyük Fransa inqilabı zamanı yakobin terrorunu təşkil edənlər özlərinin yaratdıqları repressiya maşınının qurbanı oldular.Qırmızı terroru vəsf edən VÇK və QULAQ baniləri 30-cu illərin Stalin təmizləmələrinin qurbanı oldular. Stalin dövründə təhlükəsizlik rəhbərləri gedər-gəlməzə yollandılar. Adolf Hitlerin zorakı mühafizəsini təşkil edən Ernst Rem “uzun bıçaqlar gecəsi”ndə digər hücumçu yoldaşları ilə birlikdə nasist silahdaşları tərəfindən qətlə yetirildi. Adamyeyənlik üzrə çempionlar çox vaxt bu qanlı piramidanın başında oturan sahiblərinin qənimətinə çevrilirlər. Onların xidmətlərindən müəyyən dövrə qədər istifadə edirlər, onları mükafatlandırırlar, amma hansısa gözlənilməz məqamda tiranlar onları təhlükəli hesab edirlər və onlardan qurtulmağa üstünlük verirlər.
İndiki Kreml hökmdarları da öz əyanlarının sədaqətindən çox da mütəəssür deyillər. Özlərinin keçmiş yoldaşlarını asanlıqla güdaza verirlər. Rejimə sadiq nazirlər, qubernatorlar, bankirlər və sənayeçilər səbəb oldu, ya olmadı, ağır həbs cəzaları alırlar. Onlara elə gəlir ki, loyallıqları təhlükəsizlik təminatı ilə mükafatlandırılmalıdır, amma yox, belə olmur. Onlar daim bunun şahidi olurlar, amma dərs almırlar. Onlar adamyeyənlik yarışında medal əldə etməklə etibarlı immunitet qazanmaq ümidlərini itirmirlər.
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
PBS
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür