CGTN Europe
Finlandiya Silahlı Qüvvələrinin Baş komandanı general Timo Kivinen Rusiyanın hücum edəcəyi halda ölkəsinin döyüşməyə hazır olduğunu söyləyib.
Onun sözlərinə görə, Finlandiya hazırda Ukraynada gedən hərbi əməliyyatlar kimi müharibəyə onilliklər boyu hazırlaşıb. Kivinen NATO-ya daxil olduqdan sonra belə ölkənin müdafiəsi üçün əsas məsuliyyətin Finlandiyanın öz üzərində olacağını vurğulayıb. "Radio Svoboda"-nın məlumatında qeyd olunur.
General bildirib ki, Finlandiya əhəmiyyətli hərbi arsenala malikdir, amma istənilən təcavüzkarın hücumunu dəf etməyə imkan verən əsas amil fin döyüşçülərinin yüksək əhval-ruhiyyəsidir. “Ukrayna Rusiyanın çeynəyə bilməsi üçün çox sərt tikə oldu. Finlandiya da elə olacaq”, - Kivinen deyib.
https://toplum.tv/dunya/rusiya-xin-litvaya-qarsi-cavabimiz-diplomatik-olmayacaq
Baş komandan ölkəsinin planlı şəkildə öz müdafiə qüdrətini artırdığını deyib: Helsinkinin artıq 370 km mənzilli qanadlı raketləri var, dörd yeni hərbi gəmi, ABŞ-ın “Lokxid Martin” şirkətinə 64 ədəd F-35 qırıcısı sifariş verib. Bundan əlavə, Finlandiya 2 minə qədər PUA, HHM vasitələri almağı və Rusiya ilə sərhəddə hasar tikməyi planlaşdırır.
XX əsrin 40-cı illərində Finlandiya SSRİ ilə iki dəfə müharibə aparıb. Bu zaman finlər ərazilərinin 20 faizini itirsələr də, Stalinin Finlandiyanı tam tutmaq və burada marionet kommunist rejim qurmaq planının qarşısını alıblar.
Hazırda Finlandiya milli büdcəsinin 2 faizini hərbi ehtiyaclar üçün xərcləyir.
İlinci Dünya müharibəsindən sonra bitərəf olan Finlandiya Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO üzvü olmağa can atır. Moskvada bu istəyi qınasalar da, Ukraynanın hipotetik NATO üzvlüyündən daha məqbul hesab ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür