Açıq mənbələrdən götürülüb
Toplum TV Vadim Ştepanın "Rusiya imperiya cığırında" adlı məqaləsini azərbaycanca tərcümədə təqdim edir.
Məqalə "Radio Svoboda"da yayımlanıb.
Ukraynada bu yaxınlarda qəbul edilən, Rusiya musiqisinin ictimai yerlərdə və kütləvi informasiya vasitələrində ifasına qadağa qoyan qanun yetərincə maraqlı təsir bağışlayır. Söhbət ukraynalı müəlliflərin də bəstələyə biləcəkləri rusdilli mahnıların qadağasından getmir, Rusiya vətəndaşlarının 1991-ci ildən sonra yazdıqları əsərlərin paylaşılması məhdudlaşdırılır. Yəni burada mövzu Kreml təbliğatının mütəmadi olaraq Ukraynanı və digər ölkələri ittiham etdiyi “Rusiya mədəniyyətinin sıxışdırılması” deyil, məhz postsovet Rusiyasının musiqi yaradıcılığının sıxışdırılmasıdır. Bu dövrün Rusiya pop musiqisi bandit şansonu və ən yeni imperiya marşları ilə birlikdə dövlətin spesifikasını kifayət qədər parlaq əks etdirir. Özünün mədəniyyət məkanını onlardan qorumağa çalışan Ukrayna, faktiki olaraq, postrusiya qanunu qəbul edib.
https://toplum.tv/dunya/ukraynada-rus-mahnilari-ve-kitablari-qadagan-olunub
“Postrusiya” sözü hərdən sosial şəbəkələrdə gözə dəyir, amma hələ ki, “postsovet” termini 1991-ci ildə olduğu kimi qeyri-adidir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu termini hələ 1990-cı ildə, SSRİ-nin formal şəkildə hələ mövcud olduğu, amma müttəfiq respublikaların bir-birinin ardınca suverenlik bəyannamələri qəbul etdiyi zaman işlətməyə başlamışdılar. Paradoks ondan ibarət idi ki, bu “postsovet” dövrünü hakimiyyəti Kommunist partiyasından alan respublika ali sovetləri təmsil edirdilər.
12 iyun “Rusiya günü”nü “Formalaşmayan ölkə günü” adlandırmaq daha yerinə düşərdi. Çünki 1990-cı ildə qəbul olunan Rusiya Suverenlik bəyannaməsinin bütün müddəaları indi dissidentcə səslənir. “Postsovet Rusiyası” bütün qonşuları ilə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan yeni demokratik federasiya kimi açıq-aşkar alınmadı. Tarixi proses daha çox əksinə getdi: Rusiya özünü sovetə qədərki imperiya ilə eyniləşdirir. Putinin “torpaqları qaytaran” I Pyotr barədə bəyanatları heç də təsadüfi deyil. Bu gün də Xersonun işğalından sonra bu şəhərə gələn Kreml məmurları Rusiyanın “həmişəlik” gəlməsindən söz açırlar. Yekaterina dövrünə aid, Rusiyanın coğrafi genişlənməsini nəzərdə tutan və 2014-cü ildə yenidən dövriyyəyə buraxılan “Novorossiya” terminini Moskvada yenidən yada salıblar. Ümumiyyətlə, təbliğatçılar arasında populyar olan “tarixi Rusiya” doktrinası müasir Rusiya Federasiyasını nümayişkaranə şəkildə Rusiya imperiyası ilə özləşdirir, sonuncunun sərhədlərinin “bizimki” elan edir və postimperiya dövründə formalaşan, beynəlxalq hüquq tərəfindən tanınan milli-dövlət sərhədlərini yerli-dibli inkar edir.
https://toplum.tv/dunya/abs-kesfiyyati-putin-ukraynanin-boyuk-hissesini-tutmaq-isteyir
Ola bilər, dünya xəritəsində 1721-ci ildə “imperiya” ilə birlikdə peyda olan “Rusiya” sözü özlüyündə implisitdir, imperiya məzmunu daşıyır və buna görə də RSFSR xalq deputatlarının 1990-cı ildə onu bu məzmundan məhrum etmək cəhdi əvvəldən uğursuzluğa məhkum idi? “Postsovet Rusiyası”nın öz hüdudlarından kənara hərbi ekspansiyası, faktiki olaraq, SSRİ-nin ləğvindən dərhal sonra başladı – bu, Dnestryanının “saxlanılması” və Abxaziyaya “sülhməramlılar”ın yeridilməsi idi. Ram olmayan Çeçenistanda isə Boris Yeltsin hələ 1991-ci ilin noyabrında fövqəladə vəziyyət elan etməyə cəhd göstərdi. Yəni artıq kağız üzərindəki SSRİ-nin Belovejsk ləğvinə hazırlaşdığı halda, RSFSR-in “ərazi bütövlüyü” uğrunda döyüşməyə hazır idi. Beləcə, əhali imperiyanın “çöküşü”nə ucadan sevindiyi halda, altdan-altdan, amma sürətlə onun restavrasiyası gedirdi. “Çöküş” - imperiyanın öz qabığını simvolik dəyişməsi idi.
Postsovet Rusiyasının büsbütün “opriçnik günü”nə çevriləcəyi barədə bir zaman öncədən proqnoz verən yazıçı Vladimir Sorokin bu gün bəsirətlə qeyd edir: “İndi biz yeni Rusiya imperiyasını sovet imperiyası ilə birlikdə basdırmalı olacağıq”. Amma Rusiya müxalifətindəki başbilənlər onunla qətiyyən razı deyillər. Onlar, bir qayda olaraq, hələ də “gələcək gözəl Rusiya” haqqında xəyallar qururlar, Putin rejimini təsadüfi təhrif hesab edirlər, Rusiyanın öz imperiya cığırına qayıtması barədə xoşagəlməz fikri qəbullanmaq istəmirlər.
https://toplum.tv/dunya/medvedev-ukraynanin-dunya-xeritesinde-qalacagina-subhe-edir
İmperiyanın tükənməsi haqqında mülahizə yürüdən politoloq Vladimir Pastuxov son nəticədə yenə həmin cığıra çıxır: onun üçün ən ali dəyər “Rusiyanın dövlət bütövlüyü”dür. O, federasiyaya səsləyir, bu zaman deyir ki, bu federasiyanın subyektləri arasında heç bir müqavilə nəzərdə tutulmamalıdır. Ümumiyyətlə, sərhədləri “yaxşıca düşünülən” və ehtimal ki, “yuxarıda” kiminsə tərəfindən cızılan 20-30 region olmalıdır. Bu “federativ” model indiki imperiyadan nə ilə fərqlənir – heç aydın deyil. Görünür, biz Rusiya müxalifətinin bir çox fəallarına xas olan dərin mental stereotiplərlə üz-üzəyik... Yalnız Mixail Xodorkovski postrusiya gələcəyinə boylanmağa cəhd göstərir, amma onda da bu proqnoz parçalanma qorxusu ilə müşayiət olunur. Hərçənd, bu qorxulu fantomun özü elə həmin mərkəzçi düşüncənin göstəricisidir. Nə Ukrayna, nə Litva 1991-ci ildə SSRİ-nin dağılmasına tərəfdar deyildilər, özlərinin siyasi subyekt olduqlarının tanınmasını istəyirdilər.
Mahiyyətcə 1990-cı ilin postsovet Rusiyasının əsası özünü yeni siyasi subyekt elan etməklə qoyuldu. Amma indi Rusiya müxalifətçiləri yeni siyasi subyektlər barədə düşünmürlər, hərçənd Moskva respublikası layihəsi yetərincə maraqlı olardı. Amma onlar “ümumrusiya” kateqoriyalarına həddən artıq aludədirlər, yenidənqurma dövrünün publisistləri sosializmin müxtəlif versiyaları haqqında sonsuz mübahisələr apardıqları kimi. Mənim fikrimcə, nəticə də oxşar olacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür