BBC
Rusiya koronavirusa qarşı hazırladığı üçüncü vaksini təsdiqləyib.
Bu barədə fevralın 22-də Rusiya mətbuatı xəbər verib.
Peyvəndi hazırlayan Çumakov Mərkəzinin alimlərinin iddiasına görə, "CoviVac" adlı vaksin COVID-19-a qarşı 90 faiz effektlidir. Bununla belə, vaksinin irimiqyaslı klinik sınaqları hələ tamamlanmayıb. Üçüncü faza klinik sınaqların apreldən tez başlanacağı gözlənilmir.
Məsələ barəsində açıqlama verən Rusiyanın baş naziri Mixail Mişustin deyib ki, "CoviVac"ı istehsal etməklə Rusiya dünyada üç vaksinə sahib olan yeganə ölkə olub.
Bildirilir ki, vaksinin ilk 120 min dozası martda rusiyalıların istifadəsinə veriləcək. İlin sonunacan isə "CoviVac"ın 20 milyon dozasının istehsalı planlaşdırılır.
Fevralın əvvəlində “The Lancet” tibb jurnalı sonuncu faza sınaqlarına əsasən, Rusiya istehsalı olan "Sputnik V" vaksinin koronavirusa qarşı 91.6 faiz effektli olduğunu müəyyən etmişdi.
Sosial media
sosial media
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”